Azərbaycanın məşğulluq siyasəti və aparılan islahatları Vyanada təqdim olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Museyibov Avstriyanın paytaxtı Vyanada Beynəlxalq Valyuta Fondunun (BVF) dəvəti ilə Birləşmiş Vyana İnstitutu (JVI) tərəfindən təşkil olunan təlim proqramında iştirak edib. Proqram çərçivəsində BVF nümayəndələri tərəfindən məşğulluğun artırılması istiqamətində həyata keçirilən tədbirlər, əmək bazarı institutlarının gücləndirilməsi, qeyri-rəsmi məşğulluğun azaldılması istiqamətində vergi siyasəti, gəlir idarəetməsi və…
