Ermənistan növbəti dəfə coğrafiya sınağından keçə bilmədi

Ermənistanda ölkənin Şərq-Qərb vektoru üzrə nəqliyyat marşrutlarında iştirakı ilə bağlı qızğın müzakirələr gedir. Səmərqənddə Aİ-nin ali komissarı Ursula fon der Lyayen çıxışı zamanı qeyd edib ki, Aİ-nin baxışı Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə sərhədlərinin açılmasını nəzərdə tutan marşrutlara əsaslanır.

Aİ logistika dəhlizlərində rol oynaya biləcək ölkə kimi Gürcüstanın adını çəkməyib. Halbuki, məhz Gürcüstan regionda həm neft, həm qaz, həm dəmir yolu, həm avtomobil yolları, həm də elektrik xətləri baxımından Azərbaycanla birlikdə artıq bu funksiyanı yerinə yetirir. Ermənistanda açıq şəkildə vurğulayırlar ki, Aİ Gürcüstanın hazırkı hökuməti ilə işləmək istəmir və bu, Aİ-nin kommunikasiyaların açılması məsələsində Bakıya təsir göstərməsi baxımından Ermənistan üçün ən yaxşı fürsətdir.

Hərçənd cəmi bir il əvvəl Paşinyan Gürcüstanla strateji tərəfdaşlıq müqaviləsi imzalamaqla öyünürdü, regionda yeni ox formalaşdırmaq planları hazırlanırdı. Lakin ilk fürsətdəcə, Aİ-nin baş komissarının yalnız bir bəyanatından sonra Ermənistan Gürcüstanı atıb özünü regionda Aİ-nin əsas tərəfdaşı kimi göstərməyə çalışır.

Xatırladaq ki, bu ilin fevral və mart aylarında Rusiyanın işğalı altında olan Abxaziyada keçirilən qanunsuz seçkilərlə bağlı Ermənistan Xarici İşlər Nazirliyi reaksiya verməyib. Bəs Gürcüstanın ərazi bütövlüyünə dəstək?! İrəvanın siyasi mövqeyində ardıcıllıq haradadır?! Yoxsa Ermənistan Xarici İşlər Nazirliyi Moskva ilə müttəfiqlik öhdəliklərindən irəli gələn məhdudiyyətləri rəhbər tutur?

Bu daha çox Ermənistanla bağlı olsa da, Aİ-yə də suallar var. Aİ Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib, öz üzvlərindən və müttəfiqlərindən də bunu tələb edib. Elə isə Ermənistanın bu mövqeyi sual doğurmur?!

Azərbaycan Prezidenti açıq şəkildə bəyan etdi ki, nubi Qafqazdakı regional proseslər Aİ-nin i deyil. Coğrafi amilllər var, vcud infrastrukturlar var reallıqla barışmalı olacaq. Avropalı məmurların xəyalları suya düşəcək, qərarı Azərbaycan verəcək və Bakı ilə danışıqlar aparmaq lazım gələcək.

Ermənistan bir daha coğrafiya ilə reallıq arasında ziddiyyət nümunəsi nümayiş etdirir və heç bir regional yanaşma ortaya qoya bilmir. Beləliklə də, Ermənistan regiondakı digər ölkələrin maraqlarına zidd olan siyasətin vasitəçisi olaraq qalır. Əvvəl bu siyasətin aparıcısı Rusiya idi, indi isə Aİ.

Azərbaycan Prezidenti Gürcüstanın Azərbaycanla Ermənistan arasında etimad tədbirlərinə dair təşəbbüsləri barədə də danışıb, buna rəsmi Bakı artıq razılıq verib. Görünür, bu, səbəbsiz deyil. Regional format saxlanılır, Gürcüstanın rolu və yeri vurğulanır. Burada Ermənistanı yenidən regional formata qaytarmaq, belə desək, Paşinyan hakimiyyətinə öz coğrafiyası ilə kompromis əldə etmək üçün yardım göstərmək cəhdi də hiss olunur.