Hüquqi Təhlil və Araşdırmalar İB

Hüquq problemlərinin öyrənilməsi, araşdırılması və təhlili vasitəsilə ölkəmizdə hüquq islahatlarının həyata keçirilməsinə kömək etmək üçün yaradılmış qeyri-hökumət təşkilatıdır və 2012-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınmışdır. Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Təşkilatları Şəbəkəsi, Korrupsiyaya Qarşı Mübarizə üzrə QHT İnformasiya Şəbəkəsi, Vyanada yerləşən Cinayətlərin Önlənməsi və Cinayət Mühakiməsi üzrə Beynəlxalq QHT Alyansı, Şərqi Avropa Vətəndaş Təhsili Şəbəkəsi ilə əməkdaşlıq edir. Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyi BMT ECOSOC-da xüsusi məşvərətçi statusa malikdir. Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri İskəndərli Ramil Əvəz oğludur.

3 əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • Azərbaycanda həyata keçirilən hüquq islahatlarını təbliğ etmək və onlara dəstək vermək;
  • Hüququn müxtəlif sahələri üzrə araşdırma və tədqiqatlar aparmaq;
  • Əhalinin hüquqi maarifləndirilməsinə kömək etmək;

laied.az; shushanews.com və shusha.org

Ünvan:

Bakı şəhəri, Xətai rayonu, İ.Zülfüqarov küç.107a, m.10

Telefon:

(+994 50) 392 13 31

E-mail:

ramil.iskandarli@gmail.com