Beyin Mərkəzləri Platformasına gələcək üzvlərin qəbulu ilə bağlı şərtlər:
- Platformaya üzv olacaq beyin mərkəzləri özlərinin və ya tabe olduqları qurumun rəsmi qeydiyyatının (Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən və ya Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən) olması zəruridir. Bu mənada, dövlət qeydiyyatı olmayan QHT-lər Beyin Mərkəzləri Platformasına üzv qəbul edilə bilməz.
- Platformaya üzv olacaq beyin mərkəzləri aktiv fəaliyyət göstərməli, üzvləri, rəsmi və ya sosial şəbəkə saytı olmalı, tədbirlər keçirməli və nəşrləri olmalıdır.
- Platformaya üzvlər Beyin Mərkəzləri Platformasının fəaliyyət istiqamətlərinin biri üzrə ixtisaslaşmalıdır. Platformanın fəaliyyət istiqamətlərinə uyğun olmayan qurumlar Beyin Mərkəzləri Platformasına üzv ola bilməz.
- Platformaya fərdi üzvlük olarsa, o zaman fiziki şəxslər məşvərətçi səslə platformaya cəlb edilə bilər.