İİTKM innovasiya ekosisteminin keyfiyyətinin startapların inkişafına təsirini araşdıran beynəlxalq tədqiqata başlayıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “Enterprise Azerbaijan” portalının formalaşdırdığı təcrübə, geniş beynəlxalq əməkdaşlıq şəbəkəsi və qlobal tərəfdaşlıq imkanları əsasında “Innovation Ecosystem Quality and Startup Investment Opportunities in Emerging Economies: Evidence from a Cross-Country Survey” adlı beynəlxalq elmi tədqiqata start verilib. Tədqiqatın məqsədi inkişaf etməkdə olan ölkələrdə innovasiya ekosisteminin keyfiyyətinin startapların investisiya cəlbetmə potensialına,…

ətraflı

İİTKM və TDT-nin təşkilatçılığı ilə Bakıda “Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçiriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) və Türk Dövlətləri Təşkilatının (TDT) birgə təşkilatçılığı ilə 16 sentyabr 2026-cı il tarixində Gülüstan sarayında “Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransı” keçiriləcək. “Türk Dövlətləri Təşkilatında iqtisadi əməkdaşlığın davamlı məsləhətləşmələr və birgə tədqiqatlar vasitəsilə gücləndirilməsi” mövzusuna həsr olunmuş konfrans qlobal iqtisadi sistemdə baş verən transformasiyalar…

ətraflı

“İqtisadi İslahatlar” jurnalı HERA akademik platformasında indeksləşdirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təsis etdiyi “İqtisadi İslahatlar” elmi jurnalı Argentinanın La Plata Milli Universitetinin (Universidad Nacional de La Plata – UNLP) HERA (Herramienta para Enriquecimiento de Recursos Académicos) akademik platformasında indeksləşdirilib. HERA akademik resursların keyfiyyət və təsir göstəricilərini müxtəlif beynəlxalq elmi məlumat bazaları əsasında vahid sistemdə təqdim edən platformadır. La Plata Milli…

ətraflı

İİTKM Türk dövlətlərinin rəqəmsal iqtisadiyyatına həsr olunan beynəlxalq kitab layihəsinə start verib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Türk Dövlətləri Təşkilatının (TDT) Katibliyi ilə əməkdaşlıq çərçivəsində “Digital Economy of Turkic States: Global Trends and Regional Realities” (“Türk Dövlətlərinin Rəqəmsal İqtisadiyyatı: Qlobal Trendlər və Regional Reallıqlar”) adlı beynəlxalq kitab layihəsinə start verib. Layihədə Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrdən, həmçinin dünyanın aparıcı universitetləri, beyin mərkəzləri və…

ətraflı

İİTKM-də “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda dəyirmi masa keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk iclasında müəyyən edilmiş strateji prioritetlərə uyğun olaraq “Rəqəmsal arxitektura: Proqram idarəetməsi və nəticəəsaslı yanaşma” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə açan İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı ölkədə…

ətraflı

IV Şuşa Qlobal Media Forumu: strateji kommunikasiyanın institusional inkişafında yeni mərhələ

IV Şuşa Qlobal Media Forumu müasir qlobal informasiya mühitində strateji kommunikasiyanın dövlət idarəçiliyinin ayrılmaz komponentinə çevrildiyini bir daha nümayiş etdirir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zənurə Talıbova AZƏRTAC-a şərhində bildirib ki, əgər əvvəlki dövrlərdə geosiyasi üstünlük əsasən hərbi, iqtisadi və demoqrafik göstəricilərlə müəyyən edilirdisə, müasir mərhələdə informasiya idarəçiliyi strateji kommunikasiya…

ətraflı

Vüsal Qasımlı London Universitetində keçirilən beynəlxalq tədbirdə sessiyaya sədrlik edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı Böyük Britaniyanın London Universitetində İngiltərə Mərkəzi Bankının dəstəyi ilə keçirilən “The International Finance and Banking Society” (IFABS2026) beynəlxalq tədbirində “Maliyyə və iqtisadi artım” (Finance and Growth) sessiyasına sədrlik edib. O həmçinin “Proqnozyönümlü Taylor qaydasına yenidən baxış: Türkiyə iqtisadiyyatından nəticələr (2002-2021)” (Reassessing…

ətraflı

İİTKM-in “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası çərçivəsində monitorinq səfəri yekunlaşıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının rəhbərliyi ilə qurumun məsul nümayəndələrinin “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasının monitorinq və qiymətləndirilməsi çərçivəsində azad edilmiş ərazilərə təşkil olunan monitorinq səfəri yekunlaşıb. Səfər çərçivəsində Ağdam, Xocalı, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Şuşa, Kəlbəcər və Ağdərə…

ətraflı

ADA Universitetində 20-ci Bakı Yay Enerji Məktəbinin açılış mərasimi keçirilib

6 iyul ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun (IDD), ADA Universiteti Fondu, SOCAR, bp, GL Group, “Kolin” şirkəti və İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (CECECO) dəstəyi ilə 20-ci Bakı Yay Enerji Məktəbinin rəsmi açılış mərasimi keçirilib. Bu il proqram “Enerji Təhlükəsizliyi və İnnovasiya” mövzusuna həsr olunub və 6–17 iyul 2026-cı il tarixlərini əhatə edəcək….

ətraflı

“Böyük Qayıdış” Proqramı çərçivəsində məcburi köçkünlər arasında sorğu layihəsinə start verilib

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu (IDD) Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun olaraq məcburi köçkünlər arasında sorğu layihəsinin icrasına başlayıb. Layihənin əsas məqsədi məcburi köçkünlərin sosial-iqtisadi və demoqrafik vəziyyətinə dair geniş məlumat bazasının formalaşdırılması,…

ətraflı