Rəvan Həsənov: Azərbaycan İslamofobiyaya qarşı qlobal mübarizəyə mühüm töhfələr verir

Avropa Komissiyası və Avropa Şurasının birgə təşkilatçılığı ilə Brüsseldə müsəlmanlara qarşı nifrət/irqçilik üzrə əlaqələndirmə görüş keçirilir. 15 Mart – İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində keçirilən tədbirə Avropa Şurasına üzv dövlətlərdən mövzu üzrə ixtisaslaşmış ekspertlər qatılıblar. Görüşdə çıxış edən Mərkəzin icraçı direktoru Rəvan Həsənov bildirib ki, İslam mədəniyyətinin bir parçası olan Azərbaycan daim mədəniyyətlər və…

ətraflı

Avropa İttifaqı Parlamentinin üzvünə Azərbaycan multikulturalizmi haqda məlumat verilib

Belçikanın paytaxtı Brüssel şəhərində “Belçika və Avropada 2025 İslam Dünyası İli” dinlərarası beynəlxalq konfransı öz işinə başlayıb. Konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edir. Nümayəndə heyətinin tərkibinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov da daxildir. Konfrans çərçivəsində mart ayının 6-da Avropa İttifaqı Parlamentinin üzvü,…

ətraflı

“Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu çap olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Mədəniyyət Nazirliyi və Qarabağ Dirçəliş Fondunun birgə layihəsi olan “Dağıdılmış irs: səssiz şahidlər” fotoalbomu çap olunub. Fotoalbom Ermənistan tərəfindən Qarabağ və Şərqi Zəngəzurun işğalı zamanı (1992-2023-cü illər) Azərbaycanın mədəni irsinin məruz qaldığı çoxsaylı vandalizm aktlarına və dağıntılara işıq salır. Fotoalbomun tərtibatçısı məşhur fotoqraf Reza Deqatidir. Əsasən beynəlxalq auditoriya üçün nəzərdə…

ətraflı

Multikulturalizm Mərkəzində Holokost qurbanları anılıb

Yanvarın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Holokost soyqırımı müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə İsrailin Azərbaycandakı səfiri Corc Dik, Azərbaycanda fəaliyyət göstərən milli və dini icmaların rəhbərləri və universitet müəllimləri iştirak ediblər. Əvvəlcə ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Azərbaycanın qəhrəman övladlarının, Xocalı soyqırımı və Holokost qurbanlarının xatirəsi bir…

ətraflı

İslamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq konfransın materialları çap olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi, G20 Dinlərarası Dialoq Forumu və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününün 2-ci ildönümünə həsr olunan “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq elmi konfransın materialları ingilis dilində çap olunub. Xatırladaq ki, konfransda dünyanın 30 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din…

ətraflı

Multikulturalizm Mərkəzinin müşaviri beynəlxalq konfransda çıxış edib

Yanvarın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəçiliyi altında olan Reyunyon adasına həsr olunmuş beynəlxalq konfrans keçirilib. “Reyunyonun müstəqilliyi: Fransanın müstəmləkə mirasına və suverenlik yoluna baxış” adlı konfransda əvvəlcə Reyunyon adasına həsr edilmiş videoçarx nümayiş olunub. Konfransda Milli Məclisin deputatları, müstəmləkəçilik əleyhinə fəaliyyət göstərən təşkilatların rəhbərləri, hüquq müdafiəçiləri, qeyri-hökumət təşkilatlarının rəhbərləri, dekolonizasiya üzrə ekspertlər…

ətraflı

Multikulturalizm Mərkəzində 20 Yanvar faciəsi anılıb

Yanvarın 17-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr edilən tədbir keçirilib. Tədbirdə ölkəmizdəki dini və milli icmaların nümayəndələri iştirak ediblər. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan…

ətraflı

Rəvan Həsənov: Azərbaycan dinlərarası və mədəniyyətlərarası dialoqa hər zaman önəm verir

Azərbaycanın COP29 kimi əlamətdar və mötəbər tədbirə uğurla ev sahibliyi etməsi qürurvericidir. Əminəm ki, bu toplantının qlobal təsiri əhəmiyyətli və uzunmüddətli olacaqdır. Eyni dərəcədə sevindirici haldır ki, biz ekologiya ilə bağlı müzakirələrlə yanaşı, COP29 çərçivəsində dinlərarası dialoq və humanitar məsələləri də müzakirə edirik. Bu səylər vasitəsilə biz kollektiv şəkildə gələcəyə dair narahatlıqlarımızı ifadə edirik və…

ətraflı

Multikulturalizm Mərkəzi treninq keçirib

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi istiqamətində bir sıra layihələri uğurla həyata keçirməyə davam edir.  Bu kontekstdə  Quba Soyqırımı Memorial Kompleksi və “Çıraqqala-Şabran” Dövlət Tarix-Mədəniyyət Qoruğunun müraciətinə əsasən, həmin qurumların əməkdaşları üçün treninq keçirilib. Onlayn qaydada təşkil olunan treninq 7-11 oktyabr tarixlərini əhatə edib. Treninq çərçivəsində  Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin…

ətraflı

Multikulturalizm Mərkəzində “Yaşıl dünya naminə həmrəylik və etno-mədəni müxtəliflik” mövzusunda dəyirmi masa təşkil olunub

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) “Yaşıl dünya naminə həmrəylik və etno-mədəni müxtəliflik” mövzusunda dəyirmi masa təşkil olunub. Dəyirmi masanın moderatoru  Azərbaycan Dillər Universitetinin Multikulturalizm Mərkəzinin müdiri Loğman Rəşidzadə bildirib ki, BMT-nin İqlim Dəyişmələri Konfransı – COP29 iqlim dəyişikliyi ilə mübarizədə dünya ölkələrinin bir araya gəldiyi ən önəmli platformalardan biridir. COP29-da məqsəd, Paris İqlim Sazişi çərçivəsində…

ətraflı