Minsk Qrupunun vaxtı bitib: Bu qurum Azərbaycan-Ermənistan sülhünə niyə mane olur?
1992-ci ildə ATƏT-in təşəbbüsü ilə yaradılan Minsk Qrupu Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yardım məqsədi daşıyırdı. ABŞ, Fransa və Rusiya bu qrupun həmsədrləri kimi çıxış edirdilər. Lakin son otuz il ərzində Minsk Qrupu münaqişənin həlli istiqamətində real nəticələr əldə edə bilmədi. Münaqişə “dondurulmuş” vəziyyətdə qalaraq tərəflər arasında qarşılıqlı etimadsızlığın daha da dərinləşməsinə səbəb oldu….
