Vaşinqton sülh gündəliyinin birinci ildönümü

2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş üçtərəfli sammit və ondan bir il sonra yayımlanan birgə bəyanat Cənubi Qafqazda artıq müharibədən sonrakı reallığın  institusional quruculuğunun başladığını göstərir. Bəyanatın mətnini diqqətlə oxunduqda aydın olur ki, onun arxasında dayanan geosiyasi konfiqurasiya regional güc balansının köklü şəkildə yenidən qurulmasının elanıdır. Ən böyük struktur dəyişiklik mediatorluq formatının tam transformasiyasıdır. 1992-ci…

ətraflı

“Məkkə sazişi”: Qərbi Asiya və Cənubi Asiyanın kəsişməsində yeni güc mərkəzi

Yaxın Şərqdə eskalasiyanın davam etdiyi və Fars körfəzində qeyri-sabitliyin artdığı bir şəraitdə regionun ağır çəkili aktorları öz təhlükəsizliklərini təmin etmək üçün yeni addımlar atır. Prosesin ən uğurlu nümunəsi Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan “Məkkə sazişi”dir. ABŞ-İran qarşıdurmasının davam etdiyi şəraitdə bu üç ölkənin birgə hərəkəti “kollektiv təhdidlərə cavab mexanizmi” funksiyasına çevrilir. Sazişin birbaşa…

ətraflı

Azərbaycan və ATƏT arasında münasibətlər postmüharibə dövründə

İsveçrənin Federal Şurasının üzvü, Federal Xarici İşlər Departamentinin rəhbəri və eyni zamanda ATƏT-in fəaliyyətdə olan sədri İqnazio Kassisin Azərbaycana ilk rəsmi səfəri Cənubi Qafqazda dəyişən təhlükəsizlik arxitekturası fonunda xüsusi siyasi əhəmiyyət daşıyır. İqnazio Kassisin səfər zamanı verdiyi mesajlar göstərir ki, ATƏT regiona əvvəlki yanaşmasını yenidən nəzərdən keçirməyə başlayır və təşkilatın fəaliyyəti münaqişələrin idarə edilməsindən daha…

ətraflı

Azərbaycan–Avropa İttifaqı münasibətlərinin strateji xarakteri

Azərbaycan–Avropa İttifaqı münasibətləri müasir dövrdə Azərbaycanın balanslaşdırılmış və çoxvektorlu xarici siyasət konsepsiyasının ən mühüm istiqamətlərindən biri kimi çıxış edir. Müstəqillik dövründən etibarən rəsmi Bakı xarici siyasətini müxtəlif güc mərkəzləri arasında milli maraqlara əsaslanan çevik əməkdaşlıq modeli üzərində formalaşdırmışdır. Məhz bu baxımdan Avropa İttifaqı ilə əməkdaşlıq Azərbaycanın həm Qərb institutları ilə siyasi dialoqunun, həm də qlobal…

ətraflı

Bakı–Aşqabad xətti: Türk dünyasından Avrasiya geosiyasətinə uzanan yeni strateji ox

İyunun 22-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun keçirdiyi danışıqlar və mətbuata verdikləri bəyanatların məzmunu göstərir ki, Bakı və Aşqabad faktiki olaraq dəyişən Avrasiya geosiyasətində yeni əməkdaşlıq arxitekturasının konturlarını müəyyənləşdirirlər. Görüşün əsas xüsusiyyəti odur ki, burada enerji və nəqliyyat məsələləri ilk dəfə bu qədər açıq şəkildə geosiyasi təhlükəsizlik kontekstində təqdim edildi. Azərbaycanın…

ətraflı

Davam edən münaqişələr və Azərbaycan nümunəsi: Müharibə, iradə və nəticə arasındakı fərq

Müasir beynəlxalq sistem paradoksal bir mərhələdən keçir. Qloballaşma dərinləşdikcə qarşılıqlı asılılıq artır, lakin eyni zamanda münaqişələr daha uzunmüddətli, daha dağıdıcı və daha qeyri-müəyyən xarakter alır. Bu gün dünya xəritəsinə baxdıqda bir həqiqət açıq görünür: müharibələr iqtisadiyyatda, informasiya məkanında və diplomatik platformalarda paralel şəkildə aparılır. Və ən təhlükəlisi – bu münaqişələrin əksəriyyətinin sonu görünmür. Rusiya–Ukrayna müharibəsi…

ətraflı

Avropa mediası İsrail, ABŞ və İran arasındakı müharibəni necə şərh edir?

Məlumdur ki, son 1 ay ərzində coğrafi mövqeyindən asılı olmayaraq hər bir kəs tərəfindən müzakirə edilən mövzu İsrail, ABŞ və İran arasındakı müharibədir. Bu kontekstdə müxtəlif dövlət və coğrafiyalarda proseslər haqqında informasiya məkanında yayılan tezislər maraq kəsb edir. Dünyanın aparıcı siyasi məkanlarından biri olan Avropa mediasında məsələlərin hansı kontekstdə işıqlandırılması Brüssel, Paris, London, Berlin və…

ətraflı

Qurtuluş seçkisi Ermənistanın geosiyasi seçim anı və post-müharibə transformasiyası

Ermənistanda növbəti parlament seçkilərinə təxminən 100 gün qalır və seçki həm siyasi sistemin gələcək konfiqurasiyasını, həm də ölkənin geosiyasi istiqamətini müəyyənləşdirəcək taleyüklü mərhələ kimi dəyərləndirilir. Cəmiyyətdə getdikcə daha çox işlədilən “Qurtuluş seçkisi” ifadəsi hakim komandanın dövlət kursunun fundamental istiqamətidir. Post-müharibə mərhələsi Ermənistan üçün dövlətin psixoloji arxitekturasının sarsılması ilə müşayiət olunan dərin sistem böhranı idi. 2020-ci…

ətraflı

Slovakiya ilə əməkdaşlıq Azərbaycanı Avropaya daha da yaxınlaşdırır

Siyasətdə böyük işlər görmək üçün hər incə detalı düşünmək lazımdır. Əsrlərdən bəri indiyə qədərki hadisələr göstərir ki, siyasi proseslərdəki incə detallar böyük uğurların və qələbələrin başlanğıcı olur. Çünki bu sahədəki hər bir addım, hər bir söz və hər bir qərar gələcək hadisələrin istiqamətini müəyyənləşdirir. Bratislavada imzalanan sənədlər, keçirilən görüşlər onu sübut etdi ki, Azərbaycan artıq…

ətraflı

Azərbaycan–Böyük Britaniya münasibətləri Enerji əməkdaşlığından innovativ strateji tərəfdaşlığa doğru

Azərbaycan Respublikası Prezidentin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət nümayəndəsi lord Con Alderdeyslə Londonda keçirdiyi görüş iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığın növbəti ideoloji və iqtisadi dərinləşmə mərhələsi kimi qiymətləndirilə bilər. Azərbaycan–Böyük Britaniya münasibətlərinin tarixi inkişaf trayektoriyası, əslində, müasir beynəlxalq münasibətlər sistemində enerji amilinin siyasi…

ətraflı