EkoSfera – Sosial Ekoloji Mərkəz

Ətraf mühitin və ekoloji tarazlığın qorunmasına, ekoloji təhsil və maarifləndirməyə yardımçı olmaq və cəmiyyətin ekoloji və sosial dayanıqlı inkişafının həyata keçirilməsi sahələrində kömək olmaq məqsədi ilə yaradılmış qeyri-hökumət təşkilatıdır və 1999-cu ildə Azərbaycanda dövlət qeydiyyatına alınmışdır. UNDP, UNEP, UNESCO, Unicef, EU, KOICA, GIZ, World Bank,  Heydər Əliyev Fondu, Qarabağ Dirçəliş Fondu, İDEA ilə əməkdaşlıq edir. FEE (Foundation for Environmental Education), ISWA  (International Solid Waste Association), WHW (World Heritage Watch) beynəlxalq təşkilatlarının üzvüdür. “Ekosfera” Ekoloji-Sosial Mərkəz İctimai Birliyinin sədri Sultan-zadə Firuzə Vəhdət qızıdır.

7 əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • Ekoloji və sosial sahədə dövlət tərəfindən həyata keçirilən tədbirlərdə iştirak etmək;
  • Ekoloji və sosial problemlərin həllinə, əhalinin sosial rifahınını təmin edilməsinə dair tədqiqatların aparılmasına, ekoloji təhsil və maarifləndirmə sahəsində ekoloji biliklərin artırılmasına dəstək vermək;
  • Təbiəti mühafizə fəaliyyətində ekoloji xidmət və yardım göstərmək;
  • Təbii irsin və təbiət abidələrinin mühafizəsində iştirak etmək;
  • Ekololi turizmin inkişafını dəstəkləmək;
  • Yerli və beynəlxalq əməkdaşlığın dəstəklənməsində, elmi tədqiqatlar sahəsində beynəlxalq əməkdaşlıqda iştirak etmək;
  • Müvafiq istiqamətdə maarifləndirmə işi aparmaq və xarici ölkələrin müsbət təcrübəsini öyrənmək;

Ünvan:

Bakı şəhəri, Lermontov küç.3, m 61

Telefon:

(+994 50) 375 13 00

E-mail:

firuzasultan@mail.ru