Topçubaşov Mərkəzi

Topçubaşov Mərkəzi 2018-ci ilin aprel ayında siyasət və idarəetmənin müxtəlif aspektləri barəsində yazan müəlliflər üçün onlayn platforma olan “Politicon” səhifəsini idarə edən komanda tərəfindən qurulmuşdur. Mərkəz Bakı şəhərində fəaliyyət göstərən Regional Araşdırmalar İctimai Birliyi daxilində fəaliyyət göstərir. Mərkəz Azərbaycanın təhlükəsizliyi və milli maraqları üçün vacib olan postsovet məkanı, Mərkəzi və Şərqi Avropa və Yaxın Şərqlə bağlı məsələlərə daha çox diqqət yetirməklə beynəlxalq münasibətlərin təhlili ilə məşğul olur.

Topçubaşov Mərkəzinin komandası – Mərkəzi qloballaşma, beynəlxalq və daxili siyasət, geosiyasət, təhlükəsizlik, idarəçilik və iqtisadiyyatla əlaqəli çoxşaxəli məsələlərlə məşğul olan beyin mərkəzi, tədqiqat və müzakirə mərkəzi olaraq fəaliyyət göstərir. Beləliklə, həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə müzakirələr formalaşdırmaq üçün böyük və məşhur beynəlxalq siyasi tədqiqat mərkəzlərinin təcrübəsindən istifadə etməkdədir.

https://top-center.org/az

Ünvan:
Globus Center, 7-ci mərtəbə
Cəfər Cabbarlı küç., 609
Bakı, Azərbaycan
Email:
info@top-center.org