İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli, 879 nömrəli Fərmanı ilə ölkədə aparılan iqtisadi islahatların əhatə dairəsinin genişləndirilməsini və bu sahədə işlərin səmərəli şəkildə əlaqələndirilməsini təmin etmək məqsədilə ilə yaradılmış publik hüquqi şəxsdir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının Baş naziridir. İİTKM-in icraçı direktoru cənab Vüsal Qasımlıdır. O, 2016-cı ilin may ayının 2-də İİTKM-in icraçı direktoru təyin edilib.

İİTKM-in fəaliyyətinin məqsədləri Azərbaycan Respublikasında iqtisadi islahatların həyata keçirilməsinə və sahibkarlığın inkişafına töhfə vermək; strategiya, dövlət proqramları, tədbirlər planları, yol xəritələri və digər dövlət əhəmiyyətli tapşırıqların icrasının monitorinq və qiymətləndirməsini həyata keçirmək və bu prosesi daha da təkmilləşdirmək; makro və mikro iqtisadi səviyyələrdə təhlil və tədqiqatlar aparmaq, müvafiq proqnozlar hazırlamaq; Azərbaycan Respublikasında qeyri-neft sektoru üzrə ixracın artmasına töhfə vermək; iqtisadiyyatın müxtəlif sahələrində Azərbaycan Respublikasının nailiyyətlərinin təbliğini və kommunikasiyasını təşkil etməkdir.

https://ereforms.gov.az

Ünvan:
AZ 1073, Bakı şəhəri, Yasamal rayonu, Qurban Xəlilov 47
Telefon:
(+994 12) 521 25 35
Email:
info@ereforms.gov.az