Bakı Avrasiya Universitetində “Qərbi Azərbaycana doğru” elmi-praktik konfrans keçirilib

16 aprel 2025-ci il tarixində Bakı Avrasiya Universitetində Azərbaycan xalqının tarixi yaddaşının, milli-mədəni irsinin qorunması və gənc nəslə təbliği məqsədilə “Qərbi Azərbaycana doğru” adlı elmi-praktik konfrans təşkil olunub. Tədbir çərçivəsində eyni zamanda Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyevin müəllifi olduğu “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” kitabının təqdimat mərasimi keçirilib.

Konfransda çıxış edən STM-in sektor müdiri, politoloq İlyas Hüseynov Qərbi Azərbaycandakı tarixi torpaqlarımıza dair ətraflı məlumat verərək, bu mövzunun elmi və siyasi müstəvidə aktuallığını vurğulayıb. O, həmçinin yeni nəşr olunan kitabın Qərbi Azərbaycandakı maddi-mədəni irsimizin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini xüsusi qeyd edib.

Universitetin elmi işlər üzrə prorektoru, Gülzar İbrahimova çıxışında bu cür tədbirlərin tələbələrin elmi düşüncə tərzinin formalaşmasında, vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynadığını qeyd edib.

Tədbirdə daha sonra Bakı Avrasiya Universitetinin rektor müşaviriŞəfayət Avılbəyli çıxış edib.

Tədbirin sonunda Əfqan Vəliyevin “Qayıdış: Qərbi Azərbaycandakı maddi-mədəni irsimiz” adlı kitabı iştirakçılara təqdim olunub. Kitabda Qərbi Azərbaycanda yerləşən tarixi abidələr, məscidlər, məqbərələr və digər mədəni irs nümunələri haqqında ətraflı məlumatlar yer alır.