
Dünya iqtisadiyyatının inkişaf ssenariləri
Qlobal miqyasda baş verən geo-siyasi gərginkilərin fonunda dünya iqtisadiyyatının inkişaf meylinin hansı istiqamətdə olacağı aktual məsələdir. Dünya Bankının “Qlobal İqtisadi Perspektivlər 2025” hesabatına əsasən son illərdə qlobal artım sabitləşir, inflyasiya müəyyən edilmiş hədəflərə yaxınlaşır və monetar siyasətdə yumşaldılma həm inkişaf etmiş iqtisadiyyatlarda, həm də inkişaf etməkdə olan iqtisadiyyatlarda fəallığı dəstəkləyir. Bununla belə, artım perspektivləri pandemiya dönəmindən etibarən…