İqtisad Universitetinin İqtisadi Araşdırmalar ETİ

Azərbaycan Dövlət İqtisad Unversitetinin nəzdində  İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 senyabr 2009-cu il tarixli 137 nömrəli qərarı ilə yaradılmışdır.

İnstitutun yaradılmasının əsas məqsədi – aparıcı milli iqtisadçı alimlərin cəmləşdiyi Azərbaycan Dövlət İqtisad Universitetinin  elmi kadr potensialının, milli iqisadiyyatımızın aktual problemləri, o cümlədən davamlı, dayanıqlı və tarazlı inkişaf  problemləri, həmçinin  makroiqtisadi tənzimləmə, sosial  və regional inkişafın sürətləndirilməsi, dünya iqtisadiyyatının çağdaş inkişaf meylləri və Azərbaycanın geoiqtisadi əlaqələrinin qiymətləndirilməsi, informasiya texnologiyalarının inkişafı və innovasiyalı iqtisadiyyatın formalaşdırılması problemlərinin həllinə istiqamətləndirilməsi, milli və  global iqtisadi inkişafın  proqnozlaşdırılması,  funksional, sahəvi və regional, o cümlədən bələdiyyələrin sosial iqtisadi inkişaf konsepsiya və proqramlarının hazırlanması, həmçinin ictimai seçimin iqtisadi əsaslarının qiymətləndirilməsi yönümündə elmi araşdırmaların aparılması, geniş spektrli sosioloji tədqiqatların və konsaltinq və audit xidmətlərinin təşkilinə daha fəal cəlb etməklə ölkəmizin iqtisadi inkişafına öz  töhfəsini verməkdir.

 

Ünvan:
Bakı, İstiqlaliyyət küçəsi, 6 (I korpus)
Telefon:
+(994) 12 492-78-70; 18-46
Email:
yadulla.hasanli@unec.edu.az