TRAMP İRANI BOMBALAMAYACAQ, ÇOX GÜMAN Kİ, PUTİN DƏ ONA “YOX” DEMƏYİB

ABŞ Prezidenti Donald Trampın xarici siyasətə dair bəzi bəyanatları beynəlxalq münasibətlərdəki ənənəvi mövqelərin və diplomatiyanın sərhədlərini yenidən müəyyənləşdirməyə imkan yaradır. Onun İranı bombalamayacağı və İran Prezidenti Məsud Pezeşkianla görüşə bələcəyi ilə bağlı dedikləri ABŞ-ın uzunmüddətli “maksimal təzyiq” siyasətinə alternativ kimi qəbul edilir. Lakin istisna edilmir ki, Trampın İranla bağlı dediklərinin arxasında, əslində, siyasi məqsədlərə, beynəlxalq…

ətraflı

“AZADLIQ” VƏ “AMERİKANIN SƏSİ” ABŞ ÜÇÜN ARTIQ HEÇ NƏ İFADƏ ETMİR

Amerika hakimiyyətində “Azadlıq” və “Amerikanın səsi” radiostansiyalarının bağlanması ilə bağlı irəli sürülən təkliflər yalnız media azadlığının müzakirəsini deyil, həm də beynəlxalq siyasətdə informasiya müharibəsi və manipulyasiya məsələlərini gündəmə gətirir. Prezident Trampın müşaviri və hökumətin səmərəliliyinin artırılması üzrə Departamentin (DOGE) rəhbəri İlon Maskın hər iki radiostansiyanı büdcədən havayı pulları mənimsəməkdə və Amerikanın milli maraqlarına xidmtə etməyən…

ətraflı

SEPARATÇILARIN MƏHKƏMƏ PROSESİ ERMƏNİSTANIN HƏRBİ-SİYASİ RƏHBƏRLİYİNİN MÜHARİBƏ CİNAYƏTLƏRİNİ İŞFA EDİR

Qarabağda mövcudluğuna 2023-cü ildə son qoyulan separatçı rejimin bir qrup rəhbər şəxsinin bu günlərdə Bakıda keçirilən açıq məhkəmə prosesində verdiyi ifadələr, səsləndirdiyi etiraflar Ermənistanın işğalçı siyasəti dövründə yol verdiyi müharibə cinayətlərinin miqyası ilə bağlı dolğun təsəvvür yaradır. Bundan narahat olan rəsmi İrəvan separatçıların məhkəmə prosesindəki ifadələrinin işfaedici təsirini guya “azaltmaq”, beynəlxalq ictimaiyyəti çaşdırmaq ümidi ilə…

ətraflı

ZƏNGƏZUR DƏHLİZİNİN AÇILMASI BEYNƏLXALQ TƏLƏBDİR, ERMƏNİSTANIN, İRANIN BUNA SONADƏK MÜQAVİMƏT GÖSTƏRMƏSİ MÜMKÜN DEYİL

İdeyası Azərbaycan tərəfindən irəli sürülən Zəngəzur dəhlizi dünyanın demək olar ki, bütün siyasi, iqtisadi güc mərkəzləri tərəfindən dəstəklənir. Azərbaycanla yanaşı, ABŞ, Avropa dövlətlərinin mütləq əksəriyyəti, Çin, Rusiya, Mərkəzi Asiya ölkələri və digərləri bu dəhlizin aşılmasında maraqlı olduqlarını açıq mətnlə bəyan edirlər. Sözügedən dəhliz fəaliyyətə başladıqdan sonra Avrasiyanın tranzit daşımaları coğrafiyasında mühüm yeniliklərə səbəb olacaq. Bundan…

ətraflı

AVROPA İTTİFAQI MİSSİYASININ DESTRUKTİV FƏALİYYƏTİ REGİONDA ETİMADSIZLIĞA SƏBƏB OLUR

Rəsmi İrəvanın qeyri-adekvat davranışları danışıqlar prosesinin sürətlənməsinə və məntiqi sonluqla yekunlaşmasına mane olur. Ermənistanın üç il  ərazisində yerləşdirilmiş Avropa İttifaqı mülki missiyasının (EUMA) fəaliyyət müddətinin uzadılması hazırda iki ölkə arasında etimad mühitinin möhkəmlənməsinə mane olan, regionda sabitliyi təhdid edən əsas maneələrdən birinə çevrilib. Xatırlatmaq lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyev, Fransa prezidenti Emmanuel Makron, Avropa…

ətraflı

YENİ QLOBAL TİCARƏT MÜHARİBƏSİ ÇİNİN VƏ AVROPANIN AZƏRBAYCANA EHTİYACINI ARTIRIR

Geosiyasi, geoiqtisadi proseslərlə yanaşı, son günlərdə dünya iqtisadiyyatında gərginliyə yol açan əsas məsələlərdən biri də növbəti mərhələsi başlanan ticarət müharibəsidir. Yaxın dövr ərzində ticarət müharibəsinə cəlb olunacaq ölkələrin sayında böyük artım gözlənilir. Barəsində bəhs edilən müharibənin yeni mərhələsinin başlanmasına səbəb ABŞ Prezidenti  Donald Trampın  Kanada, Meksika və Çindən ölkəsinə gətirilən bütün mallara idxal rüsumları tətbiq…

ətraflı

DONALD TRAMPIN USAID-İ BAĞLAMAQ QƏRARI ƏDALƏTLİ VƏ TƏQDİRƏLAYİQDİR

ABŞ Prezidenti Donald Trampın ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) bağlamaq qərarı beynəlxalq arenada geniş müzakirələrə səbəb olub. Bu addımın arxasında USAID-in fəaliyyətinə dair uzun müddətdir davam edən tənqidlər və agentliyin ABŞ-ın xarici siyasətindəki roluna dair suallar dayanır. USAID 1961-ci ildə Prezident Con Kennedi tərəfindən yaradılanda onun qarşısına dünya üzrə humanitar yardım və inkişaf layihələrini həyata…

ətraflı

İLKİN HESABAT RUSİYANIN CİNAYƏTİNİ SÜBUTA YETİRDİ

2024-cü ilin dekabrında Bakıdan Qroznıya uçan Azərbaycan Hava Yollarına məxsus “Embraer-190” təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasıAzərbaycan və dünya ictimaiyyətində dərin narahatlıq doğurmuşdu. Hadisənin baş verdiyi ilk günlərdən qəzanın mümkün səbəbləri ətrafında müxtəlif versiyalar irəli sürüldü. Rusiya tərəfindən idarə edilən internet resurslarında və sosial şəbəkə hesablarında müxtəlif gülünc versiyaların ortalığa atılması Azərbaycan xalqında və…

ətraflı

ERMƏNİSTANIN REGİONAL LAYİHƏLƏRDƏ İŞTİRAK ŞANSI ÖHDƏLİKLƏRİNƏ ƏMƏL ETMƏSİNDƏN ASILIDIR

İşğalçı ideologiyası iflasa uğrayan Ermənistanın hazırda yeganə ümidi və gözləntisi regional təcrid vəziyyətindən xilas olmaq, Azərbaycan və Türkiyə ilə münasibətləri nizamlamaq, özünütəcrid vəziyyətindən çıxmaq, tranzit ölkə imkanları qazanmaqdır. Ölkəmizin təşəbbüsü, Türkiyə və Gürcüstanın iştirakı ilə son 30 ildə reallaşdırılan neft-qaz, nəqliyyat layihələrində iştirakdan məhrum olan Ermənistan yeni geosiyasi reallıqda sülhün alternativinin olmadığını anlayır və regional…

ətraflı

USAID-İN LƏĞVİ PROSESİNİN BAŞLANMASI ERMƏNİSTANI YASA BOĞUB

64 il əvvəl yaradılan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bu dövr ərzində olduqca təhlükəli bir fəaliyyətlə məşğul olması ilə bağlı üzə çıxan çoxsaylı faktlar dünya boyu xüsusi maraqla izlənməkdədir. Çünki bu vaxta qədər USAID-in destruktiv fəaliyyəti bağlı dünyada deyilənlərə ABŞ-da məhəl qoyulmurdu. Amma artıq vəziyyət radikal şəkildə dəyişib. Baş verənləri diqqətlə analiz edən yeni ABŞ…

ətraflı