CƏMİ 1,5 SELSİ!.. QLOBAL İSTİLƏŞMƏNİ NECƏ AZALTMALI?
Azərbaycanın COP-29-a ev sahibliyi etməsinin əhəmiyyəti bu tədbirlə bağlı ölkəmizə yönələn qaralama kampaniyasından qat-qat önəmlidir. Çünki Azərbaycan qlobal miqyasda ən mühüm hadisələrdən birinə ev sahibliyi edəcək və beynəlxalq arenanın bir nömrəli konfransı ilk dəfə postsovet məkanında keçiriləcək. Digər tərəfdən bu tədbir Azərbaycana yalnız onu keçirməyə deyil, həm də mahiyyəti üzrə təşəbbüslər irəli sürməyinə imkan verəcək….
