Kənd Təsərrüfatı Nazirliyində Ege Universitetinin rəhbərliyi ilə görüş keçirilib

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov Ege Universitetinin rektoru Necdet Budakın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı Azərbaycan Dövlət Aqrar Universiteti ilə Ege Univerisiteti arasında ikili diplom proqramının fəaliyyəti haqqında fikir mübadiləsi aparılıb. Qonaqları salamlayan kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, Azərbaycanda aqrar sahənin inkişafına və bu sahədə yüksək texnologiyaların tətbiqinə xüsusi önəm…

ətraflı

Göygöl rayonunda “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı və rəsmi inkişaf yardım tərəfdaşlıq forumu” keçirilib

Göygöl rayonunda Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və KOTRA Bakı nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Koreya-Azərbaycan ağıllı kənd təsərrüfatı və rəsmi inkişaf yardım tərəfdaşlıq forumu” keçirilib. Forumu giriş sözü ilə Koreyanın Azərbaycandakı səfirliyinin missiya rəhbərinin müavini xanım Youkyoung Hwang açıb. O, ölkələrarası əməkdaşlığın önəmi və kənd təsərrüfatı sahəsində aparılan birgə işlər, xüsusi ilə COP29 çərçivəsində həyata keçirilən layihələrin…

ətraflı

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Gürcüstanda beynəlxalq seminarda iştirak edib

Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov və direktor müavini Namiq Şalbuzov Gürcüstanın paytaxtı Tbilisi şəhərində Leybnis Keçid İqtisadiyyatı Ölkələrində Kənd Təsərrüfatının İnkişafı İnstitutu (IAMO) və ISET Siyasət İnstitutunun (ISET-PI) birgə təşkil etdiyi “Cənubi Qafqaz regionunda aqro-ərzaq dəyər zəncirlərinin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda beynəlxalq seminarda iştirak ediblər. Rəşad Hüseynov tədbirdə “COP və dayanıqlı kənd təsərrüfatı” mövzusunda təqdimatla…

ətraflı

Aqrar Tədqiqatlar Mərkəzi ilə Kənd Təsərrüfatı üzrə Amerika Əməkdaşlıq İnstitutu arasında görüş olub

Aqrar Tədqiqatlar Mərkəzinin (ATM) rəhbərliyi və Kənd Təsərrüfatı üzrə Amerika Əməkdaşlıq İnstitutunun (IICA) bir qrup əməkdaşı arasında görüş olub. Gələcək əməkdaşlıq məsələlərinin müzakirə olunduğu onlayn görüşdə Mərkəzin direktoru Rəşad Hüseynov, direktor müavini Namiq Şalbuzov, IICA-nın rəqəmsal platforması olan Aqro-ərzaq Sistemləri üzrə Dövlət Siyasəti Observatoriyasının (OPSAa) koordinatoru Hoakin Arias, iqtisadiyyat üzrə mütəxəssisi Evgeniya Salazar, IICA-nın xarici…

ətraflı