Vüsal Qasımlı BVF-nin İİTKM-də keçirdiyi təlimdə təqdimatla çıxış edib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı Beynəlxalq Valyuta Fondunun (BVF) keçirdiyi “Makroiqtisadi təhlil/Maliyyə proqramlaşdırması və siyasətləri” təlim proqramı çərçivəsində təqdimatla çıxış edib.

Təqdimat “Ortamüddətli xərclər çərçivəsi: Layihə İdarəetməsinə əsaslanan Proqram İdarəetməsi” (Azərbaycanın dataəsaslı idarəetməsi) mövzusunda olub. Vüsal Qasımlı mövzunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın nümunəsində izah edib. Bununla yanaşı, İİTKM-in monitorinq və qiymətləndirmə portallarında elektron hesabatlılıq və coğrafi təsnifatlandırmaya dair məlumatlandırma; “Layihə idarəetməsi” modulu üzrə monitorinq; “Layihə idarəetməsi” modulu üzrə qiymətləndirmə istiqamətləri iştirakçıların diqqətinə çatdırılıb.

Qeyd edək ki, 5 gündür davam edən təlim proqramında 10-dan çox dövlət qurumundan 25 nümayəndə iştirak edir.

https://ereforms.gov.az/az/media/xeberler/vusal-qasimli-bvf-nin-iitkm-de-kecirdiyi-telimde-teqdimatla-cixis-edib-1175