AVROPANIN ENERJİ TƏHLÜKƏSİZLİYİNİN TƏMİNATINDA AZƏRBAYCAN HƏLLEDİCİ ÖLKƏ STATUSUNU GÜCLƏNDİRİR
Müasir dövrdə elmi-texniki tərəqqinin daha dinamik xarakter almasına baxmayaraq, enerji təhlükəsizliyinin təmin edilməsi dünya ölkələrin böyük əksəriyyəti üçün hələ də ən aktual məsələlərdən biri kimi çıxş edir. Halbuki, son bir neçə onillikdə bəşəriyyət bütün əvvəlki tarixlərdən daha çox karbohidrogen enerji ehtiyatlarından istifadə edib. Fəal inkişaf etdirilən alternativ enerji mənbələri isə hələ də karbon yanacağını tamamilə…
