Kral ölür… Yaşasın kim?

Çeçenistanın çoxillik rəhbəri Ramzan Kadırovun sağalmaz xəstəliyi və hətta ölüm yatağında olması Rusiya Federasiyasının bu subyektində onu kimin əvəz edəcəyi ilə bağlı məsələləri yenidən aktuallaşdırıb. Xüsusilə rusdilli mediada bununla bağlı müzakirələr və spekulyasiyalar səngimək bilmir.   Monarxiya? Ramzan Kadırov son illərdə eksentrik hərəkətləri ilə yanaşı 14 övladından yaşca böyüklərin müxtəlif vəzifələrə təyin olunması ilə daim…

ətraflı

Ermənistanın Avropa gələcəyi?

2025-ci ilin Brüssel və İrəvan arasında məhsuldar olduğunu demək olar. Belə ki, hələ bu ilin martında Ermənistan parlamenti ölkənin Avropa İttifaqına (Aİ) üzvlük istəyini bəyan edən qanun qəbul etmişdi. Noyabrda isə Avropa Komissiyası Ermənistan rəsmilərinə Viza Liberallaşdırılması Fəaliyyət Planını təqdim etdi. Nəzəri olaraq, əgər Ermənistan həmin fəaliyyət planındakı addımları uğurla tamamlayarsa onda Ermənistan vətəndaşları Şengen ərazisinə vizasız səfər edə…

ətraflı

Xocavənd əməliyyatı (Şuşakənd-Qırmızı Bazar-Quzeyçartar cəbhəsi)

Şuşakənd-Qırmızı Bazar cəbhəsi Azərbaycan Ordusunun Üçüncü Qarabağ müharibəsində strateji əhəmiyyətli cəbhələrindən biri Şuşakənd-Qırmızı Bazar istiqamətində idi. Burada Azərbaycan mövqelərinin Xankəndi-Qırmızı Bazar yoluna yaxın olması hücum edən tərəfə üstünlük qazandırırdı. Muxtar kəndindən Şuşakəndə, oradan isə Dağyurd kəndinə qədər uzanan 16 kilometrlik cəbhə “DQR” sakinlərdən yaradılmış 33-cü batalyon tərəfindən müdafiə olunurdu. Separatçı qurumun Müdafiə Ordusunun nizami hərbi…

ətraflı

Ağdərə əməliyyatı (Çərəktar-Narınclar-Heyvalı cəbhəsi)

Laçın sərhədindən Murovdağa qədər uzanan geniş təbii zolaqda cəmi iki yaşayış məntəqəsi mövcuddur. Ağdərənin Narınclar və Çərəktar kəndləri azərbaycanlı əhali ilə məskunlaşmış məntəqələrdir. Bu kəndlərin əhalisi Kolanı tayfasına mənsubdur. Həmin tayfa kürd mənşəli hesab olunur (Geybullaev, 1986, s. 101). Erməni kəndləri ilə iqtisadi əlaqələri olduğuna görə bu ərazi 1923-cü ildə Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə…

ətraflı

Azərbaycan-Gürcüstan münasibətlərində pozitiv sülhə gətirən faktorlar

Azərbaycan-Gürcüstan münasibətləri özü özlüyündə paradoksal bir fenomendir. Bu paradoks özünü münaqişənin yoxluğunda göstərir. Belə ki, münaqişə elmində ənənəvi yanaşmalar tərəflərin etnik,dini müxtəlifliklərindən yola çıxaraq zorakılıq addımları atmasını önə sürür. Akademik çevrələrdə adətən münaqişənin səbəbləri araşdırılır, bu səbəbdən Azərbaycan-Gürcüstan münasibətlərində münaqişənin yoxluğuna fokuslanan araşdırmalar kasadlıq təşkil edir. SSRİ-nin dağılmasından bəri Azərbaycan və Gürcüstan dövlət və cəmiyyətləri…

ətraflı

Genderə Həssas Münaqişə Təhlili Aləti

Münaqişə və gender arasında əlaqə son 30 il ərzində bir çox araşdırmaların və münaqişə transformasiyası təşəbbüslərinin əsas fokusu olmuşdur. Gender bərabərsizliyinin yüksək olduğu və gender-əsaslı zorakılığın geniş yayıldığı cəmiyyətlərdə adətən zorakılığın digər növlərinin, o cümlədən silahlı münaqişələrin, əhəmiyyətli dərəcədə artdığı müşahidə edilir (Caprioli et al., 2007). Məhz bu səbəbdən istənilən münaqişəli vəziyyətdə gender dinamikalarını anlamaq…

ətraflı

Bosniya və Herseqovina: tarix, münaqişə və sülh üzrə məqalələr toplusu

Bu məqalələr toplusu 27-31 avqust 2024-cü il tarixlərində Bosniya və Herseqovinaya təşkil edilən təhsil səfərində iştirak edən gənclərin səfər zamanı əldə etdikləri təəssüratları, təhlilləri və fikirlərini özündə əks etdirir. Bosniya və Herseqovina bir tərəfdən öz etno-konfessional harmoniyası, digər tərəfdən isə qanlı müharibə tarixi və barışıq səylərinin mürəkkəb tarixi ilə etno-ərazi münaqişələrinin dərin köklü səbəblərini və…

ətraflı

Trampın yeni prezidentliyi Azərbaycana nə vəd edir?

Noyabrın 6-da ABŞ-da son illərdə ən çox gözlənilən prezident seçkiləri Donald Trampın Kamala Harris üzərində qələbəsi ilə nəticələndi. Bu o deməkdir ki, növbəti ilin yanvarından etibarən Tramp daha dörd il müddətində Ağ Evin sahibi olacaq. Bu seçkilər təkcə ABŞ üçün deyil, ümumiyyətlə qlobal siyasi sistem üçün taleyüklü məsələ kimi səciyyələnir və ona görə də təsadüfi…

ətraflı

Gülxanım Məmmədova ATƏT-in Qadınların Sülh Liderliyi Proqramının bağlanış tədbirində iştirak edib

Topçubaşov Mərkəzinin əməkdaşı Gülxanım Məmmədova 2023-cü ilin noyabr ayında başlayan və bu ilin 5-6 noyabr tarixində bağlanış tədbiri ilə yekunlaşan ATƏT-in Qadınların Sülh Liderliyi Proqramını uğurla tamamlayıb. İki il əvvəl ATƏT-in sabiq Baş katibi Helqa Maria Şmid tərəfindən başladılan bu təşəbbüsün artıq ikinci qrup iştirakçıları məzun oldular. Gülxanım proqram çərçivəsində fərdi kouçinq və mentorluq sessiyaları,…

ətraflı

Mərkəzi Asiya və Cənubi Qafqazda su təhlükəsizliyi

Kənd təsərrüfatının ümumi su istehlakının 60-90%-ni təşkil etdiyi Mərkəzi Asiya və Cənubi Qafqazda su təhlükəsizliyi yalnız resurs deyil, həmçinin iqtisadi dayanıqlılıq və siyasi sabitlik məsələsidir. Sovet dövründə, Mərkəzi Asiya və Cənubi Qafqazda su idarəçiliyi mərkəzləşdirilmiş və Moskva su resurslarının bölgüsünü idarə edərək, genişmiqyaslı kənd təsərrüfatı istehsalını dəstəkləmək üçün suvarma və hidroelektrik sistemləri qurmuşdu. Moskvanın yaratdığı…

ətraflı