AZƏRBAYCANLA ÖZBƏKİSTANIN RƏSMƏN MÜTTƏFİQ OLMASI MÜHÜM XARİCİ SİYASƏT ADDIMIDIR
Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması müstəqilliyimizin 33 ilində ölkələrimiz arasında ən mühüm siyasi hadisə kimi tarixə düşdü. Nəzərə almaq lazımdır ki, bu müddət ərzində Özbəkistan çox az ölkə ilə müttəfiqlik münasibətləri qurub. Prezident Şavkat Mirziyoyevin hakimiyyətə gəlişindən sonra ölkələrimiz arasında sürətlə inkişaf edən əlaqələr bir neçə il ərzində münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltdi….
