Tramp tarif siyasətini korrektə edəcəkmi?

ABŞ prezidenti Donald Tramp bildirib ki, Çinə tətbiq edilən tariflərdə istənilən azalma onun liderlərinin hərəkətlərindən asılı olacaq. O, çərşənbə günü Oval Ofisdə çıxış edərkən, “tariflərin nə qədər tez enə biləcəyi Çindən asılıdır” deyib. Ağ Ev sahibi əlavə edib ki, o, yaxın iki-üç həftə ərzində Çinə qarşı son tarif rəqəmini müəyyən edəcək və buna uyğun saziş…

ətraflı

ERMƏNİSTANDAKI RADİKAL-REVAŞİST QÜVVƏLƏRİN “SOYQIRIMI” KAMPANİYASI İFLASA UĞRAYIB

Rəsmi Bakının uğurlu diplomatik gedişləri, sülhə məcburetmə tədbirləri fonunda Nikol Paşinyan hakimiyyəti son 2 ildə regiondakı yeni geosiyasi reallıqları qəbul edərək  sülhün alternativinin olmadığını erməni cəmiyyətinə aşılamağa məhkum olub. Ermənistan baş nazirinin son günlərdəki açıqlamaları bir daha göstərir ki, qarşı tərəf sərhədlərin Azərbaycanın irəli sürdüyü bütün haqlı tələbləri faktiki olaraq qəbul edir. Bu ölkənin yeni…

ətraflı

ÇİN VƏ AVROPANIN İQTİSADİ MÜSTƏVİDƏ YAXINLAŞMASINDA AZƏRBAYCANIN ROLU ARTIR

ABŞ və dünyanın bir çox ölkələri arasında başlanan ticarət müharibəsi qlobal iqtisadiyyatda, xüsusən də idxal-ixrac əməliyyatlarında mühüm dəyişikliklərə səbəb olmaqdadır. Belə görünür ki, yükdaşımaların istiqamət və həcmindən tutmuş onların dövriyyəsinə qədər geniş diapozonda tezliklə mühüm dəyişikliklər qeydə alınacaq. Məhz bu kontekstdə Azərbaycan üzərindən daha çox həcmdə yük daşınmasına dünyanın bir sıra siyasi və iqtisadi güc…

ətraflı

Azərbaycan-Çin münasibətlərində yeni səhifə: birgə strateji hədəflərə doğru

Azərbaycan və Çin arasında münasibətlər tarixən dostluq və qarşılıqlı hörmətə əsaslanıb, hər iki ölkə özünün milli maraqlarını müdafiə etmək və dünya iqtisadiyyatında daha fəal mövqe tutmaq məqsədilə sıx əməkdaşlıq edib. Son dövrlərdə, xüsusilə 21-ci əsrin əvvəllərindən etibarən bu əlaqələrdə yeni bir mərhələ başlayıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) şöbə müdiri Aqil Əsədovun bildirib…

ətraflı

PEKİNDƏN BAKIYA YÜKSƏK ETİMAD: VİZASIZ REJİM

Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində imzalanan mühüm sənədlər arasında xüsusi əhəmiyyət kəsb edən sənədlərdən biri də Azərbaycan və Çin vətəndaşlarının qarşılıqlı vizasız gediş-gəlişinə dair razılaşma oldu. Bu sənəd təkcə ikitərəfli münasibətlərin hüquqi bazasının genişlənməsi baxımından deyil, eyni zamanda siyasi etimadın, iqtisadi inteqrasiyanın və mədəni yaxınlaşmanın rəmzi kimi tarixə düşdü. Diplomatik praktikada vizasız rejimə…

ətraflı

ÇİN AZƏRBAYCANIN REGİONAL VƏ QLOBAL ROLUNU STRATEJİ BAXIMDAN DƏYƏRLƏNDİRİR

Prezident İlham Əliyevin Çinə dövlət səfəri çərçivəsində imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat” ölkələrarası münasibətlər tarixində strateji baxımdan mühüm hadisədir. Bu sənədin qəbuluna qədər ötən il Astanada ölkələrimiz arasında imzalanan strateji tərəfdaşlıq haqqında bəyannamə bu günə qədər gedilən yolun başlanğıc nöqtəsi olmuşdu. İndi isə münasibətlər…

ətraflı

Bakı Limanı Trans-Avrasiya ticarətini asanlaşdırır (Birinci hissə)

2024-cü ilin dekabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Bakı Limanının genişləndirilməsinin ikinci mərhələsinə başlamaq üçün 12 milyon ABŞ dolları həcmində investisiya ayrılmasına göstəriş verib. Bu mərhələ limanın illik yükaşırma qabiliyyətini 15 milyon tondan 25 milyon tona qədər artırmağı hədəfləyir. Rusiyanın Ukraynaya qarşı başladığı genişmiqyaslı hərbi müdaxilə və buna cavab olaraq Qərbin tətbiq etdiyi sanksiyalar səbəbilə…

ətraflı

Azərbaycan Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha təsdiqlədi

Aprelin 9-da Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycan Prezidenti İlham Əliyev ABŞ-nin vasitəçiliyi ilə Rusiyanın və Ukraynanın davam edən sülh danışıqları ilə bağlı bəyanatını açıqladı. Azərbaycanın Ukraynanın ərazi bütövlüyünə dəstəyini bir daha vurğulayan İlham Əliyev Ukrayna ərazilərinin bir hissəsinin atəşkəs müqabilində təhvil verilməsinə dair təklifləri kəskin şəkildə tənqid etdi. “Heç bir ölkə, ən azı mənim anlayışımda,…

ətraflı

Pekin Amerikalı konqresmenlərə sanksiya tətbiq edib

Çin ABŞ-ın keçən ay materik və Honq-Konqdakı altı məmuruna sanksiya tətbiq etməsinə cavab olaraq, aprelin 21-də bəzi ABŞ konqres üzvlərinə, hökumət rəsmilərinə və qeyri-hökumət təşkilatlarının rəhbərlərinə “Honq Konqla bağlı məsələlərdə kobud davranış” adlandırdığına görə sanksiyalar elan etdi. Daha əvvəl oxşar şəkildə Çin aprelin 1-də Tibet və Çinin işinə qarışdıqları iddiası ilə ABŞ rəsmilərinə qarşı sanksiyalar…

ətraflı

ORTA DƏHLİZ AZƏRBAYCANIN BEYNƏLXALQ İQTİSADİ ƏLAQƏLƏRİNDƏ MÜHÜM AMİLƏ ÇEVRİLİB

Azərbaycanla Çin Xalq Respublikası (ÇXR) arasında ikitərəfli əlaqələrin dinamik inkişafında nəqliyyat məsələləri xüsusi yer tutur, ölkələrimiz qarşılıqlı olaraq yükdaşımaların həcminin artırılması üçün mövcud potensialdan səmərəli şəkildə bəhrələnməyə çalışırlar. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin Çinə dövlət səfəri zamanı aparılan müzakirələr və imzalanan sənədlər sırasında nəqliyyat kommunikasiya, tranzit sahələrində əməkdaşlıq xüsusi yer tutur. Səfəri zamanı imzalanmış…

ətraflı