İİTKM-in “İslam ölkələrinin iqtisadi potensialı” kitabı nüfuzlu “Emerald” nəşriyyatında çap edilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının baş redaktorluğu ilə  “The Economic Potential of Islamic Countries” (İslam ölkələrinin iqtisadi potensialı) adlı iki cildlik tədqiqat əsərinin 1-ci cildi Böyük Britaniyanın nüfuzlu “Emerald” nəşriyyatı tərəfindən çap edilib. Nəşr “Scopus” tərəfindən indeksləşdirilib və İslam ölkələrinin iqtisadi və sosial inkişaf potensialının…

ətraflı

ABŞ-Azərbaycan Münasibətləri: İmkanlar və Risklər

Azərbaycan-ABŞ münasibətlərinin tarixi öz daxili dinamikası ilə inkişaf edib. Müxtəlif dövrlərdə enerji, təhlükəsizlik və terrorla mübarizə, investisiyalar, Rusiya ilə regional rəqabət, NATO-nun Əfqanıstandakı əməliyyatı, Azərbaycanın İranla yaxınlığı, ABŞ-nin ATƏT-in Minsk Qrupunda iştirakı kimi məsələlər Vaşinqtonun Azərbaycana münasibətində prioritetlərə çevrilib. Bu illər ərzində ABŞ-nin Bakıdakı səfirləri arasında sovetoloqlar, türkoloqlar və təhlükəsizlik təcrübəsi olan diplomatlar olub. İndiki…

ətraflı

Azərbaycan və Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında birləşdirici körpüdür

Azərbaycan ilə Mərkəzi Asiya dövlətləri arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Həm regional, həm də qlobal miqyasda baş verən geosiyasi proseslər ölkələrin daha sıx əməkdaşlığını təşviq edir. Azərbaycanın bu sahədə atdığı addımlar,  dövlət başçılarının qarşılıqlı səfərləri, müxtəlif beynəlxalq tədbirlərdə birgə təmaslar, imzalanan çoxsaylı sənədlər də bunun bariz nümunəsidir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin…

ətraflı

“Sosial Tədqiqatlar” jurnalının “2025-ci Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş növbəti xüsusi sayı çapdan çıxıb

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 11 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planının 10-cu bəndində Sosial Tədqiqatlar Mərkəzinə (STM) “Yerli və xarici mütəxəssislərin iştirakı ilə Azərbaycan Respublikasının dövlət suverenliyinin təmin olunmasına həsr edilmiş elmi-praktik konfransların təşkili, toplu və əsərlərin, məqalələrin nəşri, kitabların…

ətraflı

“İxrac icmalı”nın noyabr sayının ilkin rəqəmləri açıqlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın noyabr sayına dair ilkin rəqəmləri təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar-oktyabr aylarında  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 6,6% artaraq 2,99 milyard ABŞ dolları təşkil edib. Qeyd olunan dövrdə yeyinti məhsulları üzrə ixrac 19,8% artaraq 962,1 milyon ABŞ dollarına bərabər…

ətraflı

Azərbaycan–Böyük Britaniya münasibətləri Enerji əməkdaşlığından innovativ strateji tərəfdaşlığa doğru

Azərbaycan Respublikası Prezidentin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət nümayəndəsi lord Con Alderdeyslə Londonda keçirdiyi görüş iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığın növbəti ideoloji və iqtisadi dərinləşmə mərhələsi kimi qiymətləndirilə bilər. Azərbaycan–Böyük Britaniya münasibətlərinin tarixi inkişaf trayektoriyası, əslində, müasir beynəlxalq münasibətlər sistemində enerji amilinin siyasi…

ətraflı

Azərbaycan və Ermənistan arasında sülh platforması

2025-ci il oktyabrın 21–22-də Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələrindən ibarət 5 nəfərlik heyətin İrəvana səfəri Cənubi Qafqazda sülh gündəliyinin yeni və mühüm mərhələsinə keçidin rəmzi hesab oluna bilər. Səfər ictimai şüurun və humanitar qarşılıqlı etimadın bərpası baxımından strateji əhəmiyyət daşıyır. Cənubi Qafqaz regionunda baş verən son hadisələr bir daha sübut etdi ki, sülhün davamlılığı yalnız siyasi…

ətraflı

“TRAMP DƏHLİZİ” AZƏRBAYCANIN COĞRAFİ VƏ SİYASİ MƏRKƏZ ROLUNU GÜCLƏNDİRİR

Cənubi Qafqazda kommunikasiya və nəqliyyat dəhlizləri uğrunda mübarizə son illərin ən mühüm geosiyasi proseslərindən birinə çevrilib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın “İran və Rusiya “Tramp dəhlizi” layihəsinə etiraz etmir” açıqlaması bu mənzərədə diqqətəlayiq dönüş kimi görünür. Halbuki İkinci Qarabağ müharibəsindən dərhal sonra Tehran Zəngəzur dəhlizini özünün “qırmızı xətti” elan etmiş, Moskva isə həmin marşrutu…

ətraflı

Cənubi Qafqazda kommunikasiyaların açılmasına hazırlıq və Aİ-nin bu prosesdəki rolu

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış Birgə Bəyannamənin nəticələrindən biri də kommunikasiyaların açılması ilə bağlı atılacaq addımlar haqqında bəyanat olub. Bütün açılma prosesi Naxçıvana gedən bir marşrutun həyata keçirilməsi ilə bağlı olduğu üçün yalnız bir marşrut – TRIPP müzakirə edilib və razılaşdırılıb. Ermənistan…

ətraflı

Vüsal Qasımlının məqaləsi Polşa Elmlər Akademiyasının nüfuzlu elmi jurnalında çap olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının elmi məqaləsi Polşa Elmlər Akademiyasının Mineral və Enerji İqtisadiyyatı İnstitutunun “SCOPUS “və “Web of Science” bazalarında indeksləşdirilən (Q2) “Energy Policy” jurnalında çap olunub. Azərbaycan Respublikasının yaşıl enerjiyə keçid siyasətindən bəhs edən məqalə  “Repositioning oil exporters for the Green Energy Transition: the…

ətraflı