AZƏRBAYCAN AVROPANIN ENERJİ BAZARINDA DAHA GÜCLÜ MÖVQE SAHİBİNƏ ÇEVRİLİR
Texnoloji cəhətdən bəşəriyyət çoxsaylı nailiyyətlərə imza atsa da, müasir dövrdə enerji təhlükəsizliyinin etibarlı təminatı məsələsini tam həll etmək mümkün olmayıb. Bunu şərtləndirən səbəblər enerjiyə artan qlobal tələbat, geosiyasi gərginliklər, iqlim dəyişikliyi və bərpa olunan enerji mənbələrinə keçiddir. Əhali artımı, urbanizasiya və iqtisadi inkişaf səbəbindən enerjiyə tələbat bundan sonra da yüksələcək. İnkişaf etməkdə olan iqtisadiyyatlar, xüsusən…
