MTM-in həyata keçirdiyi monitorinqin nəticələri göstərir ki, 2024-cü ilin iyul ayında Azərbaycanda onlayn mediada nazirliklərlə bağlı 27617 məqalə dərc edilib. Ötən ay dərc olunan məqalələrin 15,2%-i Müdafiə Nazirliyinin, 11,4%-i Xarici İşlər Nazirliyinin, 10,4%-i Daxili İşlər Nazirliyinin, 63%-i isə digər nazirliklərin fəaliyyəti ilə bağlı olub.
Yuxarıda göstərilən rəqəmləri 2022 və 2023-cü illərin iyul ayında qeydə alınan nəticələrlə müqayisə etsək, cari ildə onlayn medianın nazirliklərin fəaliyyətinə daha çox yer ayırdığını görərik. Belə ki, 2022-ci ilin iyul ayında Azərbaycanda onlayn mediada nazirliklərlə bağlı 14870, 2023-cü ilin iyul ayında isə 19814 məqalə dərc edilib.