BANKLARIN FƏALİYYƏTİNİN YERLİ ONLAYN MEDİADA İŞIQLANDIRILMASININ MONİTORİNQİ

MTM-in həyata keçirdiyi monitorinqin nəticələri göstərir ki, 2024-cü ilin iyul ayında Azərbaycanda onlayn mediada banklarla bağlı 5183 məqalə dərc edilib. Ötən ay dərc olunan məqalələrin 19,5%-i Kapital Bankın, 15,9%-i ABB-nin, 11,3%-i Paşa Bankın, 53,3%-i isə digər bankların fəaliyyəti ilə bağlı olub.

Ötən ay qeydə alınan nəticələri 2022 və 2023-cü illərin iyul aylarındakı rəqəmlərlə müqayisə etsək, cari ildə onlayn medianın bankların fəaliyyətinə daha çox yer ayırdığını görərik. Belə ki, 2022-ci ilin iyul ayında Azərbaycanda onlayn mediada banklarla bağlı 2289, 2023-cü ilin iyun ayında isə 2855 məqalə dərc edilib.