İİTKM-də 2025-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib. İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı bildirib ki, Mərkəz ötən il dövlət proqramlarının icrasının monitorinq və qiymətləndirilməsi üzrə 32 hesabat hazırlayıb, 100-dən çox tədbir icra edib. Hazırda İİTKM-in monitorinq və qiymətləndirməsini apardığı strateji siyasət sənədlərinin sayı 24-dür….
