Topçubaşov Mərkəzinin əməkdaşı Gülxanım Məmmədova 2023-cü ilin noyabr ayında başlayan və bu ilin 5-6 noyabr tarixində bağlanış tədbiri ilə yekunlaşan ATƏT-in Qadınların Sülh Liderliyi Proqramını uğurla tamamlayıb. İki il əvvəl ATƏT-in sabiq Baş katibi Helqa Maria Şmid tərəfindən başladılan bu təşəbbüsün artıq ikinci qrup iştirakçıları məzun oldular.
Gülxanım proqram çərçivəsində fərdi kouçinq və mentorluq sessiyaları, beynəlxalq əlaqələr və sülh quruculuğu sahəsində tanınmış qadınlar tərəfindən təlimlərdə, aprel ayında Avstriyada keçirilən bir həftəlik vasitəçilik üzrə təlim və bağlanış tədbirində iştirak edib. Bağlanış tədbiri zamanı Gülxanım Ermənistandan olan iştirakçı ilə birlikdə qrup adından birgə çıxış ediblər və belə təşəbbüslərin vacibliyini bir daha vurğulayıblar.