ERMƏNİSTANDAKI REVANŞİZM MEYİLLƏRİ SÜLHYARATMA PROSESİNƏ MANE OLUR
Şərti sərhəd bölgəsində mövqelərimizi mütəmadi atəşə tutan, öhdəliklərini müxtəlif iddia və bəhanələrlə uzatmağa çalışan rəsmi İrəvan saxta təbliğatla vəziyyətin gərginləşməsinin məsuliyyətini yenə də Azərbaycanın üzərinə qoymağa çalışır. Bununla paralel Ermənistan cəmiyyətindəki radikal-revanşist qüvvələrin fəallaşması, sülh prosesinə mane olmaq cəhdləri özünü qabarıq göstərir. Azərbaycanın həm İkinci Qarabağ, həm də lokal antiterror tədbirləri zamanı tarixi qələbəsi ultra-millətçi,…
