AZƏRBAYCAN AFRİKADA DAHA BÖYÜK NÜFUZ VƏ GÜCLÜ MÖVQE SAHİBİNƏ ÇEVRİLİR
Beynəlxalq münasibətlər sistemində getdikcə daha aktiv şəkildə rol alan Azərbaycanın Afrika ölkələri ilə əlaqələrində son illər ərzində dinamik yüksəliş qeydə alınır. Bu gün müşahidə olunan real vəziyyət ondan ibarətdir ki, müxtəlif Afrika ölkələri Azərbaycanla münasibətlərinin intensiv inkişafında maraqlıdırlar və bu istiqamətdə indi olduqca fəal siyasət yürüdürlər. Eyni zamanda Azərbaycan da həmin ölkələrlə əlaqələrinin genişləndirilməsini xarici…
