“İxrac icmalı”nın fevral sayı dərc olunub
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın fevral sayını təqdim edib. İcmala əsasən, 2025-ci ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 10,7% artaraq 245,8 milyon ABŞ dolları təşkil edib. Cari ilin birinci ayında yeyinti məhsullarının ixracı 19,7% artaraq 84,2 milyon ABŞ dollarına bərabər olub. İxrac olunan məhsullar…
