AZƏRBAYCAN ELEKTRİK ENERJİSİ İXRACINDA TRANZİT ÖLKƏYƏ ÇEVRİLİR
Xəzər dənizinin dibi ilə kabel xəttinin çəkilməsi üzrə Qazaxıstan-Özbəkistan-Azərbaycan birgə üçtərəfli layihəsinin uğurla həyata keçiriləcəyi halda, Özbəkistan 2030-cu ildən etibarən artıq qalan elektrik enerjisini Avropaya ixrac edə biləcək. Bu barədə Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov Mərkəzi Asiya ölkələrinin energetika nazirlərinin Astanada keçirilən I görüşü çərçivəsində deyib. Onun sözlərinə görə, ixracın dəqiq həcmi elektrik enerjisinin ötürülməsi…
