İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri Nicat Hacızadə Avstriyanın paytaxtı Vyanada “Azərbaycan: Makroiqtisadi siyasət” mövzusunda təqdimatla çıxış edib. Təqdimat Beynəlxalq Valyuta Fondu (IMF) İnstitutu və Birləşmiş Vyana İnstitutunun (JVI) təşkilatçılığı ilə keçirilən “Resursla zəngin ölkələrdə makroiqtisadi idarəetmə” kursu çərçivəsində baş tutub.
Təqdimatda Azərbaycanın ümumi və qeyri-neft sektoru üzrə iqtisadi artımı, 2005-2024-cü illər ərzində artım performansı, iqtisadi artıma töhfə verən sektorlar, məcmu buraxılış kəsirinin son 20 ildə hərəkət dinamikası, monetar siyasəti və məzənnə rejimi, inflyasiyanın əsas səbəbləri və mənbələri barədə məlumat verilib. Nicat Hacızadə həmçinin Azərbaycan iqtisadiyyatının və ixracının diversifikasiyası, müasir hesablama üsullarına əsaslanan şaxələndirmə əmsallarının müqayisəsi, SWAN modelinə əsaslanan daxili və xarici sektorda Azərbaycanın mövqeyi və s. məsələlərə toxunub, iştirakçı ölkələrin, o cümlədən Beynəlxalq Valyuta Fondunun və Birləşmiş Vyana İnstitutunun aparıcı iqtisadçılarının suallarını cavablandırıb.
https://ereforms.gov.az/az/media/xeberler/iitkm-in-sobe-mudiri-vyanada-teqdimatla-cixis-edib-1169