İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseynin Aqrar Tədqiqatlar Mərkəzinin alimləri ilə birgə apardığı tədqiqatın nəticələrindən bəhs edən məqaləsi beynəlxalq jurnalda dərc olunub. “Potensialın açılması: TDT ölkələrində qarşılıqlı kənd təsərrüfatı ixracının genişlənməsinin müqayisəli təhlili” (Unlocking the Potential: A Comparative Analysis of the Expansion of Mutual Agriculture Exports in the OTS Countries) adlı məqalə “Scopus” bazasında (Q2) indekslənən “Tətbiqi Ekonometrika və Beynəlxalq İnkişaf” (Applied Econometrics And International Development) jurnalında yayımlanıb.
Məqalədə göstərilir ki, TDT-yə üzv ölkələrin qarşılıqlı iqtisadi əlaqələrinin gücləndirilməsi təşkilatın məqsədlərinin həyata keçirilməsinin mühüm tərkib hissəsidir. Bu baxımdan türk dövlətləri arasında kənd təsərrüfatı məhsullarının (o cümlədən emal məhsullarının) qarşılıqlı ixracının artırılması üçün böyük potensial mövcuddur. Müəlliflər araşdırmalarının nəticəsi olaraq sözügedən ölkələrin müxtəlif növ kənd təsərrüfatı və emal məhsullarının ixracının strukturunda irəliləyiş əldə etmələri ilə bağlı elmi cəhətdən əsaslandırılmış təkliflər veriblər.
Məqalə ilə tanış olmaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz: https://tinyurl.com/47cxw5zh