Cənubi Qafqazın transformasiyası: Çağırışlar və qeyri-müəyyənliklər

8 avqust 2025-ci ildə ABŞ Prezidentinin iştirakı ilə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin Birgə Bəyannaməni imzalanmasından və sülh müqaviləsinin paraflanmasından sonra belə bir nəticəyə gəlmək olar ki, Cənubi Qafqaz regionunda yeni konfiqurasiyanın formalaşması üçün möhkəm təməllər qoyulub. 1990-cı illərin əvvəllərində müəyyən edilən və 25 il aktuallığını qoruyan regionun parametrləri artıq dəyişir. Hazırkı transformasiya dövrü…

ətraflı

ABŞ-Azərbaycan Münasibətləri: İmkanlar və Risklər

Azərbaycan-ABŞ münasibətlərinin tarixi öz daxili dinamikası ilə inkişaf edib. Müxtəlif dövrlərdə enerji, təhlükəsizlik və terrorla mübarizə, investisiyalar, Rusiya ilə regional rəqabət, NATO-nun Əfqanıstandakı əməliyyatı, Azərbaycanın İranla yaxınlığı, ABŞ-nin ATƏT-in Minsk Qrupunda iştirakı kimi məsələlər Vaşinqtonun Azərbaycana münasibətində prioritetlərə çevrilib. Bu illər ərzində ABŞ-nin Bakıdakı səfirləri arasında sovetoloqlar, türkoloqlar və təhlükəsizlik təcrübəsi olan diplomatlar olub. İndiki…

ətraflı

Cənubi Qafqazda kommunikasiyaların açılmasına hazırlıq və Aİ-nin bu prosesdəki rolu

ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan tərəfindən imzalanmış Birgə Bəyannamənin nəticələrindən biri də kommunikasiyaların açılması ilə bağlı atılacaq addımlar haqqında bəyanat olub. Bütün açılma prosesi Naxçıvana gedən bir marşrutun həyata keçirilməsi ilə bağlı olduğu üçün yalnız bir marşrut – TRIPP müzakirə edilib və razılaşdırılıb. Ermənistan…

ətraflı

Azərbaycan-Rusiya münasibətlərində yeni normallıq necə ola bilər?

Artıq qəti şəkildə demək olar ki, AZAL təyyarəsinin Rusiya Silahlı Qüvvələri tərəfindən vurulmasından əvvəlki vəziyyətə qayıdış olmayacaq. Rusiya rəhbərliyinin qeyri-adekvat reaksiyası nəticəsində münasibətlər deqradasiyaya uğrayıb. Hazırda qarşılıqlı münasibətlərin transformasiyası baş verir – yeni normallığın çərçivələri formalaşır. Necə idi? Ən yüksək səviyyədə siyasi dialoq. Liderlər ildə bir neçə dəfə görüşür, operativ şəkildə telefonla zəngləşir və ikitərəfli…

ətraflı

Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq

Cənubi Qafqaz regionunda yeni parametrlər formalaşır. Region ölkələri son üç onillikdə sabit kimi görünən regionun baza parametrlərini dəyişdirmək üçün addımlar atırlar. 44 günlük müharibənin 4 nəticəsi var, onlardan biri tam həcmdə həyata keçirilib, digər üçü isə icra prosesindədir. Gəlin bu nəticələrə və ayrı-ayrı ölkələrin onlara münasibətinə nəzər salaq. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası. Müharibə…

ətraflı

Sualtı daşların üzə çıxarılması sülh prosesi üçün risk yarada bilər

Vaşinqton görüşlərindən sonra Azərbaycan və Ermənistan arasında münasibətlərdə yeni reallığa uyğunlaşma prosesi gedir. Birgə Bəyannamədə qeyd olunan bəzi istiqamətlər əsasında Sülh prosesi aydın çərçivə qazanıb: ATƏT-in Minsk qrupunun buraxılması, TRIPP/Zəngəzur dəhlizi üzrə erməni-amerikan konsorsiumunun yaradılması, sərhədin müəyyənləşdirilməsinin ikitərəfli hökumətlərarası komissiya çərçivəsində həll edilməsi və əlavə etimad artırıcı tədbirlər. Vaşinqton görüşü, tərəflərin bir-birinə qarşı istifadə etmədiyi…

ətraflı

Rusiyanın Ermənistandakı hərbi bazası haqqında

Son həftələrdə Rusiya Silahlı Qüvvələrinin Ermənistandakı hərbi bazasına şəxsi heyət və texnika göndərməsi barədə xəbərlər yayılır. Rusiya və Azərbaycan arasındakı münasibətlərin “çətin dövründə” bu məlumat Azərbaycan cəmiyyətinin diqqətini cəlb edir. Məsələyə aydınlıq gətirməyə çalışaq. Rusiyanın hərbi bazası Ermənistanda müqavilə əsasında fəaliyyət göstərir (link sonda). Sənədin əvvəlində hərbi bazanın məqsədləri qeyd olunur. 3-cü Protokolda bazada yerləşdirilə…

ətraflı

Beynəlxalq Respublika İnstitutunun Ermənistanda keçirdiyi sorğu nəyi göstərir?

Sorğunun nəticələri artıq dərc edilib və müxtəlif istiqamətlər üzrə seçilmiş göstəricilər təqdim olunub. Gəlin bəzi rəqəmlərə nəzər salaq. ✓ Ölkə səhv istiqamətdə irəliləyir – 49%, düzgün istiqamətdə irəliləyir – 36% (səh. 6) Ermənistan baş naziri üçün heç də yaxşı mənzərə deyil. Özü də Paşinyanın daha çox qayğısına qaldığı gənclər (18-35 yaş) ölkənin gedişatını digərlərdən daha artıq yanlış hesab edirlər –…

ətraflı

Qlobal qarşıdurmalar: Kim kiminlədir və Azərbaycan haradadır?

Qlobal güc mərkəzləri getdikcə toparlanır, Vaşinqton və Pekinin timsalında əsas mərkəzlər müttəfiqlərini “sıraya düzür və yoxlanış edirlər”. ABŞ artıq Avropada bu işi həyata keçirib və NATO-nun son sammiti göstərdi ki, Aİ Vaşinqtonun çağırışlarına müsbət cavab verib. İndi növbə ABŞ-nin Sakit okean müttəfiqlərindədir: Avstraliya, Yaponiya, Cənubi Koreya və s. Pekin də öz müttəfiqlərini toplayır. Şimali Koreyada…

ətraflı

Azərbaycan-Rusiya münasibətlərindəki böhranın kontekstləri

Azərbaycan və Rusiya arasında yenidən alovlanan böhran çoxlu informasiya kirliliyi yaradır ki, bu şəraitdə mövcud kontekstləri anlamaq çətinləşir. Gəlin bu kontekstləri sistemləşdirməyə və istiqamətlər üzrə nəzərdən keçirməyə çalışaq. Əsas diqqət yetirilməli məqam budur ki, Azərbaycan və Rusiya münasibətlərindəki böhran tamamilə daxili xarakterlidir, yəni burada xarici təhrikçi yoxdur. Xarici oyunçuların bu böhrandan necə istifadə etməsi isə…

ətraflı