STEM Mərkəzində “Nüvə texnologiyaları və beynəlxalq çağırışlar” mövzusunda seminar keçirilib

2025-ci il mayın 7-də STEM Analitik Mərkəzində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə tədqiqatları departamentinin müdiri Cəlal Nağıyevin iştirakı ilə qapalı ekspert görüşü keçirilib. Görüşün mövzusu “Nüvə texnologiyaları və beynəlxalq çağırışlar” olub.

Müzakirələr zamanı iştirakçılar nüvə tədqiqatları sahəsində müasir tendensiyalar və innovasiyalar, nüvə energetikası üzrə qlobal tənzimləmə, nüvə gündəliyi ilə bağlı beynəlxalq danışıqların əsasları kimi əsas məsələlərə diqqət yetiriblər.

Tədbirdə aparıcı ekspertlər, analitiklər və aidiyyəti elmi qurumların nümayəndələri iştirak ediblər. Görüş nüvə texnologiyaları və beynəlxalq təhlükəsizlik sahəsində aktual çağırışların həllinə yanaşmaların hazırlanması, təcrübə mübadiləsi və peşəkar dialoq üçün mühüm platformaya çevrilib.