ABŞ Cənubi Qafqaz üçün nə təklif edir?!

ABŞ dövlət katibinin müavini Ceyms O`Brayen Rusiya və İranın yaratdığı təhlükəsizlik arxitekturasının Cənubi Qafqaz ölkələri üçün arzuolunmaz olduğunu bildirib. “Regional (Cənubi Qafqaz) təhlükəsizliyin əsas oyunçuları kimi Rusiya və İran oxu ətrafında qurulmuş gələcək qeyri-sabit və arzuolunmazdır, o cümlədən Ermənistan və Azərbaycan hökumətləri üçün”, – O’Brayen deyib. Yaxşı fikirdir, amma… Ermənistan və Azərbaycan üçün nəyin arzuolunmaz,…

ətraflı

Ukraynada atəşkəsin işartıları: Güzəştsiz mövqe kompromislə əvəz olunur

Ukraynada davam edən aktiv hərbi əməliyyatlar fonunda münaqişənin perspektivləri qeyri-müəyyən olaraq qalmaqdadır. Son iki ayda rəsmi Kiyev istər hərbi, istərsə də siyasi-diplomatik müstəvidə uğur qazana və müharibənin gedişində dönüş yarada bilmədi. Bu səbəbdən də artıq Ukrayna rəhbərliyinin mövqeyində müəyyən yumşalma və kompromis axtarışları hiss olunur. Döyüş meydanında “heç-heçə” Avqustun əvvəllərində Ukrayna ordusunun Rusiya sərhədini keçərək…

ətraflı

İranın İsrailə raket hücumu və Yaxın Şərq genişmiqyaslı müharibənin astanasında

2023-cü il oktyabrın 7-də Həmasın İsrailə hücumu ilə başlayan müharibə və sonrasında İsrail ordusunun İran-dəstəkli Həmas və Hizbullah qüvvələrinə qarşı müxtəlif vaxtlarda həyata keçirdiyi uğurlu əməliyyatlar nəhayət ki, İranın da birbaşa iştirak edəcəyi regional müharibə ilə nəticələnə bilər. Belə ki, sentyabrın 27-i Hizbullah lideri Həsən Nəsrallahın Livanın paytaxtı Beyrutda İsrailin hava hücumları nəticəsində öldürülməsindən sonra…

ətraflı

COP29 KİÇİK ADA ÖLKƏLƏRİNİN XİLAS YOLUNU MÜƏYYƏNLƏŞDİRƏN ƏSAS PLATFORMA OLACAQ

Aparılan tədqiqatlar göstərir ki, qabaqlayıcı tədbirlər görülməsə, yaşadığımız əsrin ortalarına qədər, milyonlarla insanın yaşadığı kiçik ada ölkələrinin böyük əksəriyyəti dəniz səviyyəsinin dəyişməsi səbəbindən daha kəskin şəkildə iqlim dəyişmələrinin nəticələrini hiss edəcəklər. Araşdırmalar  onu da üzə çıxarır ki, gələcək təbii fəlakətlər nəticəsində meydana çıxacaq itkilər kiçik ada dövlətləri üçün həyati təhlükələr yaradır. Hazırda sözügedən müstəvidə yaranan…

ətraflı

ERMƏNİSTANIN “SƏLİBÇİ XAÇI” TƏXRİBATI…

Səlibçi xaçı tarixi baxımdan xristianlığın yayılmasını ehtiva edən simvoldur. Bu simvolun Azərbaycanla sərhəddə nümayiş etdirilməsi Ermənistanın dini və mədəni fərqləri vurğulaması mənasına gəlir. Rəsmi İrəvan bununla əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycanda bu simvolla  qıcıq yaratmağa, qonşu ölkəni dini baxımdan təhdid etməyə çalışır. Bu cür simvolların sərhəddə nümayiş etdirilməsi Azərbaycan və Ermənistan arasında onsuz da…

ətraflı

ABŞ-IN SANKSİYALAR SİYASƏTİ BUMERANQ EFFEKTİ VERİR, VAŞİNQTONUN İKİÜZLÜLÜYÜNÜ DÜNYA BOYU İFŞA EDİR

ABŞ başda olmaqla Qərb ölkələrinin bir çoxunun sanksiyalar siyasəti beynəlxalq münasibətlər sistemində yeniliklərə yol açmaqla yanaşı, artıq bəzi hallarda bumeranq effekti ilə müşayiət olunmaqdadır. Aparılan təhlillər göstərir ki, barəsində bəhs olunan sanksiyalar artıq uzun müddətdir ki, müxtəlif geosiyasi, iqtisadi məqsədlərə nail olmaq, bəzən isə digər ölkələrinin suverenliyini məhdudlaşdırmaq məqsədi ilə istifadə olunur. Hazırda Qərb, o…

ətraflı

AZƏRBAYCAN-RUSİYA MÜNASİBƏTLƏRİ REGİONDA SÜLHƏ VƏ İNKİŞAFA XİDMƏT EDİR

Azərbaycan və Rusiya özünəməxsus tarixi, mədəniyyəti, siyasi və iqtisadi xüsusiyyətləri olan iki müstəqil ölkə kimi qarşılıqlı münasibətlərini dinamik şəkildə inkişaf etdirirlər. Bu, hər iki ölkənin  maraq və mənafelərinə cavab verməklə yanaşı, beynəlxalq müstəvidə tərəflərə əlavə üstünlüklər qazandırır. Azərbaycan öz xarici siyasətində dünyanın bütün dövlətləri ilə balanslaşdırılmış  münasibətlər qurur ki, bu da Rusiya daxil olmaqla bütün…

ətraflı

ABŞ TƏBİƏTDƏN ÇOX MÜHARİBƏLƏRƏ PUL XƏRCLƏYİR

Son aylarda ABŞ-ın Azərbaycanla bağlı sərgilədiyi siyasət və bəyanatlar regiondakı hadisələr fonunda daha çox diqqət çəkməyə başlayıb. 44 günlük Vətən müharibəsindən sonra tez-tez gərginləşən Amerika-Azərbaycan münasibətləri 60 konqresmenin ölkəmizə sanksiyaların tətbiq olunması ilə bağlı Konqresə ünvanladığı müraciətdən sonra daha da kəskinləşib. Azərbaycan Prezidenti bu məsələyə münasibət bildirərək deyib ki, əslində həmin müraciət elə Dövlət Departamentində…

ətraflı

TDT-yə üzv ölkələr arasında kənd təsərrüfatı ixracından bəhs edən elmi məqalə çap olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ramil Hüseynin Aqrar Tədqiqatlar Mərkəzinin alimləri ilə birgə apardığı tədqiqatın nəticələrindən bəhs edən məqaləsi beynəlxalq jurnalda dərc olunub. “Potensialın açılması: TDT ölkələrində qarşılıqlı kənd təsərrüfatı ixracının genişlənməsinin müqayisəli təhlili” (Unlocking the Potential: A Comparative Analysis of the Expansion of Mutual Agriculture Exports in the OTS Countries)…

ətraflı

Zəngəzur dəhlizinin reallaşması dalana dirənərkən Orta Dəhlizin reallaşması sürətlənir

BMTM-in şöbə müdiri Vasif Hüseynovun “Zəngəzur dəhlizinin reallaşması dalana dirənərkən Orta Dəhlizin reallaşması sürətlənir” sərlövhəli məqaləsi Commonspace nəşrində dərc edilib. Müəllif 2024-cü ilin sentyabrında Çinin China Railway Container Transport Corporation (CRTC) şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstanın birgə qurduğu müəssisəyə qoşulması ilə bağlı məlumatları təhlil edərək bildirir ki, bu qərar Orta Dəhlizin əhəmiyyətinin getdikcə artdığı dövrə…

ətraflı