İİTKM-in “İslam ölkələrinin iqtisadi potensialı” kitabının ikinci cildi “Emerald” nəşriyyatında çap edilib
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən hazırlanan “The Economic Potential of Islamic Countries” (“İslam ölkələrinin iqtisadi potensialı”) adlı iki cildlik tədqiqat əsərinin ikinci cildi Böyük Britaniyanın nüfuzlu “Emerald” nəşriyyatı tərəfindən çap edilib. İİTKM-in icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlının baş redaktorluğu ilə hazırlanmış nəşr “Scopus” elmi bazasında indeksləşdirilib və İslam ölkələrinin…
