
FRANSA SEPARATİZMƏ DƏSTƏK SİYASƏTİNİN İFLASA UĞRAMASI İLƏ BARIŞA BİLMİR
Rəsmi Parisin anti-Azərbaycan fəaliyyəti son illərdə nəinki diplomatik etikanı, beynəlxalq hüquqla müəyyən edilmiş normaları aşaraq mürtəce xarakter alıb. Bu ölkənin Ermənistandakı səfiri Olivye Dekotinyinin ölkəmizin işğala və separatçılığa son qoyan legitim tədbirlərinin mahiyyətini təhrif etmək cəhdi, ilk növbədə, rəsmi Parisin bölgədə dayanıqlı sülhdə, sabitlikdə maraqlı olmamasının göstəricisidir. Səfirin Azərbaycanı “Ermənistanın ərazilərini işğal etməkdə” təqsirləndirməsi, İrəvanın…