TÜRKDİLLİ DÖVLƏTLƏRİN İQTİSADİ-TİCARİ VƏ NƏQLİYYAT-LOGİSTİKA ƏMƏKDAŞLIĞI GENİŞLƏNİR
Astanada keçirilən Mərkəzi Asiya və Azərbaycan Respublikasının Dövlət Başçılarının görüşü türkdilli ölkələr arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi istiqamətində təşəbbüslərin intensiv xarakterini göstərir. Son illərdə Türk İnvestisiya Fondunun, Türk Ticarət Evinin yaradılması, ticarət prosedurlarının asanlaşdırılması, rəqəmsal ticarət, eləcə də azad iqtisadi və sənaye zonaları arasında əməkdaşlıq platformasının formalaşdırılması çoxşaxəli əlaqələrin genişləndirilməsini təmin edir. Dünya iqtisadi-təsərrüfat sistemində xüsusi…
