XV Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb
“Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” adlı XV Beynəlxalq Multikulturalizm Məktəbi başa çatıb. Məktəbin son günündə iştirakçılar Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar. İştirakçılar Mərkəzin Himayəçilik Şurasının sədri akademik Kamal Abdullayev və icraçı direktoru Rəvan Həsənovla görüşüblər. Kamal Abdullayev məktəb iştirakçılarına Azərbaycan multikulturalizminin örnək modelindən, ölkəmizdəki multikultural ənənələrdən və dövlətin bu istiqamətdə həyata…
