AZƏRBAYCANDA İSTİFADƏDƏ OLAN ÖDƏNİŞ KARTLARININ SAYI VƏ NAĞDSIZ ƏMƏLİYYATLARIN HƏCMİ

MTM-in (Media Təhlil Mərkəzi) Mərkəzi Bankın 2024-cü ilin avqust ayının sonu ilə bağlı açıqladığı göstəricilər əsasında apardığı təhlilə görə, ölkədə istifadədə olan ödəniş kartlarının sayı 18,5 milyonu ötüb. Bu da o deməkdir ki, son bir ildə ölkədə ödəniş kartlarının sayı 18,5% və ya  2,9 milyon ədəd artıb. Xatırladaq ki, 2023-cü ilin sonunda ölkədə istifadədə olan…

ətraflı

QƏRB DAİRƏLƏRİNDƏ KOORDİNASİYALI ŞƏKİLDƏ NÖVBƏTİ ANTİ-AZƏRBAYCAN KAMPANİYASI BAŞLANIB, ANCAQ O DA İFLASA MƏHKUMDUR

İkinci Qarabağ müharibəsindən və ötən ilin sentyabrında həyata keçirilən birgünlük antiterror tədbirlərindən sonra Azərbaycan sayəsində Cənubi Qafqazda tamamilə yeni reallıqlar yaranıb. Bu reallıqların əsas cəhətlərindən biri indi regionun kənar müdaxilələrə qarşı daha böyük müqavimət gücünə malik olmasıdır. Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi artıq məkrli qüvvələrin regiona təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib. Bu hal son…

ətraflı

BİZİM AİLƏMİZ TÜRK DÜNYASIDIR

Türk Dövlətləri Təşkilatının yaranmasının 15 illik yubileyi təşkilatın keçdiyi yola nəzər salmaq üçün tarixi hadisədir. 2009-cu ildə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın iştirakı ilə Naxçıvan sazişi əsasında yaranan Türk Dövlətləri Təşkilatının əsas məqsədi bu dövlətlər arasında siyasi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində əməkdaşlığı gücləndirməyə, onların həmrəyliyinə, qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni platformanın yaradılması nail olmaq…

ətraflı

FRANKAFONİYA ERMƏNİSTANIN ÖZÜNÜ AVROPA MƏDƏNİYYƏTİNƏ SIRIMAQ CƏHDİDİR

Ermənistanın baş naziri Nikol Paşinyanın Fransaya səfəri çərçivəsində Prezident Emmanuel Makronla keçirəcəyi görüş Ermənistan-Fransa əlaqələrinin siyasi və iqtisadi sahələrdə dərinləşməsi məqsədinə xidmət edəcək. Çünki Fransa Ermənistanın Cənubi Qafqazda vacib müttəfiqidir və Paris bu bölgədə mövcudluğunu İrəvanın vasitəsilə təmin etməyə çalışır. Heç şübhəsiz ki, bu səfər Ermənistanla Fransa arasında hərbi-texniki əməkdaşlığın gücləndirilməsinə də xidmət edəcək. Sürətlə…

ətraflı

AZƏRBAYCAN FRANSANIN AFRİKADA DA MÜSTƏMLƏKƏÇİLİK SİYASƏTİNİN İFŞASI VƏ ÇÖKÜŞÜNDƏ HƏLLEDİCİ ROL OYNAYIR

Afrika qitəsinin təbii sərvətlərinin istismarında Fransa ənənəvi olaraq əsas Qərb ölkələrindən biri olub. Elə indi də bir sıra Afrika ölkələrinin, xüsusən də müstəmləkə əsarətində saxladığı xalqların siyasi həyatına və iqtisadi inkişafına Fransa müxtəlif yollarla təsir göstərməyə çalışır. Ümumiyyətlə, Afrikada  bir çox yerli xalqların həyatının kökündən dəyişməsində, inkişafına mənfi rakursdan təsir edən kataklizmlər yaşamasında Fransa yüksək…

ətraflı

ERMƏNİSTANIN RƏHBƏRLİYİ SÜLHÜN ALTERNATİVİNİN OLMADIĞINI ETİRAF EDİR

Rəsmi İrəvanın son aylarda sülhün alternativinin olmadığını tez-tez etiraf etməsi göstərir ki, qarşı tərəf Azərbaycana qarşı əsassız iddia və ittihamların, habelə xaricdən dəstək gözləntilərinin mənasızlığını qəbul etməyə başlayıb. İki ölkə arasında aparılan danışıqların intensivləşməsi fonunda yekun sülh sazişinin müddəalarının üçdə ikisinin razılaşdırılması, habelə Ermənistan baş naziri Nikol Paşinyanın son aylardakı açıqlamaları rəsmi İrəvanın yekun sülh…

ətraflı

ERMƏNİSTAN BEYNƏLXALQ HUMANİTAR HÜQUQU KOBUD ŞƏKİLDƏ POZUR

Azərbaycanın yürütdüyü hücum diplomatiyasının hədəflərindən biri də Ermənistanın müxtəlif beynəlxalq platformalarda ifşası, verdiyi müharibə cinayətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır. Bu istiqamətdə atılan addımlar ölkəmizin təbliğati-siyasi üstünlüyünü təmin edir və təcavüzkar ölkənin əsassız iddialarının qarşısına sipər çəkir. Oktyabrın 1-də Bakıda keçirilən “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin “həqiqəti bilmək” hüququnun dəstəklənməsi” mövzusunda növbəti beynəlxalq konfransın gedişi,…

ətraflı

İQLİM DƏYİŞMƏLƏRİ KONTEKSTİNDƏ DÜNYADA İNSAN HÜQUQLARININ MÜDAFİƏSİ AZƏRBAYCAN ÜÇÜN PRİORİTETDİR

Müasir dünyada ən aktual qlobal çağırışlardan biri olan iqlim dəyişikliyi təkcə ekoloji problemlərə səbəb olmur, həm də insan hüquqlarına ciddi təhlükə yaradır. Yer kürəsinin iqlimi dəyişdikcə, təsirlər müxtəlif regionlar arasında qeyri-mütənasib şəkildə hiss edilir, həyat, sağlamlıq, qida, su, mənzil təminatı və digər bir sıra fundamental insan hüquqlarını pozur. Bu mənada iqlim dəyişikliyinin fəsadlarının qaşısının alınması,…

ətraflı

Beynəlxalq Valyuta Fondu İİTKM-də “Makroiqtisadi təhlil / Maliyyə proqramlaşdırması və siyasətləri” mövzusunda təlimə başlayıb

Beynəlxalq Valyuta Fondu (BVF) İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Makroiqtisadi təhlil/Maliyyə proqramlaşdırması və siyasətləri” adlı təlim proqramına başlayıb. Oktyabrın 7-dən 11-dək keçiriləcək təlimdə 10-dan çox dövlət qurumundan 25 nümayəndə iştirak edir. Təlimin məqsədi iştirakçıların makroiqtisadi təhlil və maliyyə proqramlaşdırması üzrə əsas bacarıqlarını, eləcə də makroiqtisadi modelləşdirmə təcrübəsini artırmaqdır. Təlim proqramı real sektorun təhlili,…

ətraflı

İİTKM əməkdaşları Almaniyada beynəlxalq konfransda iştirak ediblər

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nümayəndələri Almaniyanın Manheym şəhərində ZEW – Avropa İqtisadi Tədqiqatlar Mərkəzinin (Zentrum fur Europaische Wirtschaftsforschung) təşkil etdiyi konfransda iştirak ediblər. Konfransın əsas mövzusu rəqəmsal texnologiyalar və innovasiyalar olub. Mərkəzin icraçı direktorunun müşaviri Təranə Salıfova və İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva bu sahədə beynəlxalq təcrübələrə dair geniş məlumat alıblar…

ətraflı