İİTKM-in şöbə müdiri “Manas Forumu 2024”-də iştirak edir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri Vüsalə Cəfərova Türkiyənin İstanbul şəhərində keçirilən “Manas Forumu 2024” adlı beynəlxalq konfransda moderator və spiker qismində iştirak edir. Türkiyənin İbn Haldun Universiteti tərəfindən təşkil olunan konfrans “Avrasiyada əlaqələrin və əməkdaşlığın genişləndirilməsi” mövzunda keçirilir. Forumun əsas məqsədi Türk dünyasında baş verən iqtisadi, ticari və regional əməkdaşlıq…

ətraflı

ABŞ VƏ AVROPANIN GÜRCÜSTANA MÜNASİBƏTDƏ ŞANTAJ SİYASƏTİ QƏRBƏ BEYNƏLXALQ ETİMADI SARSIDIR

Beynəlxalq münasibətlər sisteminə ikili standartlar anlayışının Qərb dünyasını təmsil edən müəyyən ölkələrin fəaliyyəti əsasında gəldiyi məlum həqiqətdir. Elə bu gün də ikili standartlardan bəhs edərkən, təsəvvürə gələn ilk hal Qərb ölkələrinin müxtəlif dövlətlərə, xalqlara münasibətdə ədalətə və beynəlxalq hüquqa yox,  öz maraqlarına uyğun davranış sərgiləməsi, bu müstəvidə siyasət yürütməsi olur. Ancaq çoxsaylı narazılıq və tənqidlərə…

ətraflı

“COP ATƏŞKƏSİ” TƏŞƏBBÜSÜ MÜNAQİŞƏLƏRİN HƏLLİNƏ YENİ YANAŞMA TƏKLİF EDİR

Azərbaycanın COP29 ərəfəsində BMT çərçivəsində “COP atəşkəsi” təşəbbüsü ilə çıxış etməsi ölkəmizin iqlim dəyişiklikləri ilə mübarizədə qlobal diplomatik səylərindən qaynaqlanır. Bu təşəbbüs həm iqlim məsələlərinin, həm də qlobal sülh və təhlükəsizlik problemlərinin bir-birinə bağlı olduğunu göstərən vacib bir addımdır. Digər tərəfdən Azərbaycanın “COP atəşkəsi” təşəbbüsü ilk növbədə dünyada gedən iqlim dəyişikliyi ilə münaqişələrin qarşılıqlı əlaqəsini…

ətraflı

İİTKM-də Türkiyənin “bulud” texnologiyaları şirkəti ilə görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin əməkdaşları, “Enterprise Azerbaijan” və “Azexport.az” portallarının rəhbərləri və Türkiyənin “Bulutistan” şirkətinin rəhbər heyəti arasında görüş keçirilib. Görüş tərəflərin fəaliyyəti ilə tanışlıq və ümumi əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi məqsədi daşıyıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müşaviri Samir Məmmədov yeni rəqəmsal həllər və “bulud” texnologiyalarından istifadənin əhəmiyyətini vurğulayıb….

ətraflı

BAKIYA YARIMÇIQ SÜLH LAZIM DEYİL

Ermənistan parlamentinin spikeri Alen Simonyan Cenevrədə keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyasında qəribə iddia irəli sürüb və deyib ki, Azərbaycanla sülh sazişinin 16 bəndi artıq razılaşdırılıb. Hələ ki, rəsmi Bakı bu bəyanata cavab verməyib, lakin bir neçə gün bundan əvvəl Prezident İlham Əliyev Belçikanın yeni səfiri ilə görüşündə açıq şəkildə vurğuladı ki, “sülh müqaviləsinin bütün bəndləri…

ətraflı

Ermənistanın Konstitusiya Məhkəməsinin 26 sentyabr tarixli qərarında mövcud ziddiyətlər və bununla bağlı erməni ekspertlərin rəyi

“Ermənistanın Konstitusiya Məhkəməsinin 26 sentyabr qərarı Konstitusiyanın 205-ci maddəsi ilə müəyyən ziddiyyətlilik təşkil edir. Müstəqillik Bəyannaməsinin Konstitusiyaya uyğunluğu,bununla bağlı verilən şərhlər isə səthi aparılıb və sual doğuran məqamlar mövcuddur”. Bu barədə BMTM-in məsləhətçisi Fuad Abdullayev son təhlilində bildirir. https://aircenter.az/uploads/3Vezv5MGRp1Y.pdf

ətraflı

“QAFQAZ İTTİFAQI” İDEYASININ REALLAŞMASINA DAHA BÖYÜK ZƏRURƏT YARANIR

Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı möhtəşəm qələbədən və ötən ilin sentyabrında suverenliyini bütün torpaqları üzərində bərpa etməsindən sonra Cənubi Qafqaz regionunda tarixi xarakerli transformasiya prosesi baş verir. Bu kontekstdə Azərbaycan üçün başlıca məqsəd regionun dünya geosiyasəti və geoiqtisadiyyatında rolunun daha da artmasına nail olmaqdır. Regionun lider ölkəsi qismində Azərbaycan bu istiqamətdə üzərinə düşən missiyaları layiqincə…

ətraflı

Xarici əlaqələrin coğrafiyasını genişləndirmək mühüm çağırışdır

Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Zahid Oruc Böyük Britaniyanın Sosial Tədqiqatlar üzrə Milli Mərkəzinin Beynəlxalq Əlaqələr üzrə direktoru Şerin Makkarti ilə görüşüb. Ölkəmizdə beyin mərkəzlərinin dövlət və ictimai həyatın müxtəlif sferalarının öyrənilməsində əvəzsiz rolundan bəhs edən Z. Oruc təmsil etdiyi Mərkəzin həyata keçirdiyi çoxsaylı araşdırmaları tərəf müqabillərinə təqdim edərək, onların qərarqəbuledicilər, o cümlədən, cəmiyyət…

ətraflı

İxrac icmalının oktyabr ayı üçün ilkin rəqəmləri açıqlanıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr ayı üçün ilkin rəqəmlərini təqdim edib. İcmala əsasən, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib. 2024-cü ilin yanvar-sentyabr ayları ərzində yeyinti məhsullarının ixracı 13,3% artaraq 698,3 milyon…

ətraflı

“Enterprise Azerbaijan” və AYİB arasında görüş keçirilib

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində “Enterprise Azerbaijan” portalı və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında əməkdaşlıqla bağlı görüş keçirilib. Görüşdə portalın rəhbəri Mətanət Musayeva, “Enterprise Azerbaijan”ın rezidenti, “Alma Consulting” şirkətinin rəhbəri Habil Əhmədov, layihə meneceri Aydan Hüseynzadə, Avropa Yenidənqurma və İnkişaf Bankının kiçik bizneslər üzrə baş meneceri Samir Həmidov və analitiki Linara Əliyeva…

ətraflı