ADA Universiteti Mərkəzi Bankın əməkdaşları üçün təlimlərə başlayıb

ADA Universiteti Azərbaycan Respublikasının Mərkəzi Bankının (Mərkəzi Bank) əməkdaşları üçün səriştələrin artırılmasına istiqamətlənmiş təlim proqramına başlayıb. Bu münasibətlə sentyabrın 20-si ADA Universitetində açılış mərasimi baş tutub. Mərasimdə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə bildirib ki, sözügedən təlim proqramı interaktivliyi və tədris metodikası baxımından fərqlənir. Təlimlərin məqsədi bilik və təcrübə mübadiləsini həyata keçirmək, peşəkar səriştələri…

ətraflı

Tarixin bumeranqı qayıdır – Professor Tahirə Allahyarovanın yeni araşdırması

ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana yardımının dəfələrlə artırması. Diasporun 24 il əvvəl başlatdığı “Samanta Pauer” layihəsi • Vətən müharibəsində Zəfər-birmənalı olaraq həm də “ikili standartlar” üzərində çalınan misilsiz qələbə, ədalətin Zəfəridir Ərazi bütövlüyümüz bərpa ediləndən sonra kollektiv Qərbin Ermənistana “yağış kimi yağan” hərbi, iqtisadi, təhlükəsizlik və s. yönlü yardım kisələrinin ağzı aşırı səxavətlə açılıb, maddi, maliyyə…

ətraflı

Moskva İslam İnstitutunda “Azərbaycan multikulturalizmi” fənni tədris olunacaq

Moskva Cümə məscidində “Qalimcan Barudi adına mütaliələr” XVII Beynəlxalq teoloji elmi-maarifləndirici konfrans keçirilib. Konfrans çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun rektoru Damir Muxetdinov imzalayıblar. Memoranduma əsasən  Moskva…

ətraflı

Ermənistan Konstitusiyası niyə dəyişməlidir?

BMTM-in şöbə müdiri Cavid Vəliyevin “Ermənistan Konstitusiyası niyə dəyişməlidir?” sərlövhəli məqaləsi “Anadolu Ajansı”nda dərc edilib. Müəllif məqalədə Azərbaycan və Ermənistan arasında sülh sazişi mətni ilə bağlı aparılan danışıqlardakı fikir ayrılıqlarına diqqət çəkərək hazırda əsas əngəlin Ermənistan Konstitusiyası olduğunu bildirir. “Ermənistan Konstitusiyasının preambulasında istinad edilən Ermənistan Müstəqillik Bəyannaməsində beynəlxalq səviyyədə Azərbaycan ərazisi kimi tanınan Qarabağ hüquqi olaraq Ermənistan torpağı…

ətraflı

Qlobal təhlükəsizlik və idarəetmə sisteminin böhranı dövründə Azərbaycanın yeri

Müasir qlobal təhlükəsizlik və idarəetmə sistemi İkinci Dünya müharibəsindən sonra formalaşıb. Bu sistemin əsasında Birləşmiş Millətlər Təşkilatı (BMT), xüsusilə də onun Təhlükəsizlik Şurası (TŞ) dayanıb. Beş daimi üzvün (ABŞ, SSRİ/Rusiya, Çin, Britaniya, Fransa) həlledici rol oynadığı Şura bir növ qlobal təhlükəsizlik çətiri rolunu oynayıb. Belə ki, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması məhz ona həvalə edilib….

ətraflı

Milli Observatoriya ilə Elm və Ali Təhsil Üzrə Dövlət Agentliyi arasında əməkdaşlığa dair memorandum imzalanıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya ilə Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Sənədi Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyin direktoru Ülkər Səttarova imzalayıb….

ətraflı

AVROPANIN BƏZİ DÖVLƏTLƏRİ VƏ TƏŞKİLATLARI ANTİ-AZƏRBAYCAN RİTORİKASINI DAVAM ETDİRİR

Azərbaycanın ötən ilin sentyabrında keçirdiyi, dövlət suverenliyimizin bərpası və qanunsuz xunta rejiminin iflası ilə nəticələnən lokal antiterror tədbirlərindən sonra Fransa başqa olmaqla, Avropanın bəzi dövlətlərinin və siyasi institutlarının ölkəmizə qarşı apardıqları qərəzli kampaniya səngimək bilmir. ATƏT, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası (AŞ PA) kimi təşkilatların ötən dövrdə reallıqdan uzaq bəyanat və qətnamələrlə rəsmi Bakının…

ətraflı

ABŞ-IN ERMƏNİSTANA YARDIMI SÜLH DANIŞIQLARINI TƏHDİD EDİR

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Ermənistana maliyyə yardımını iki dəfədən çox artıraraq 120 milyon dollardan 250 milyon dollara çatdırıb. Ermənistan baş nazirinin müavini Mqer Qriqoryanla USAİD-in bu ölkədəki missiyasının direktoru Con Alelo arasında əldə edilən razılaşmaya guya fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi, regional əməkdaşlıq və ticarət, demokratik proseslər və inklüziv iqtisadi…

ətraflı

AZƏRBAYCANIN REGİON ÖLKƏLƏRİ İLƏ GENİŞLƏNƏN HƏRBİ ƏMƏKDAŞLIĞI GEOSİYASİ TƏHDİDLƏRİ NEYTRALLAŞDIRIR

Sülh danışıqlarının hazırkı intensiv mərhələsində Ermənistan ərazisindən Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqelərinin atəşə tutulması rəsmi İrəvanın sülh danışıqlarının irəliləməsində maraqlı olması barədə bəyanatları ilə ziddiyyət təşkil edir. Görünən odur ki, qarşı tərəf bu yolla regionda süni gərginlik dalğası yaratmağa, məsuliyyəti ölkəmizin üzərinə atmağa və beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistanın son aylarda aqressiv silahlanması, Hindistan, İran…

ətraflı

“FORMULA-1” YARIŞLARI BEYNƏLXALQ DİQQƏTİ AZƏRBAYCANA YÖNƏLDİR

“Formula-1”in növbəti dəfə Azərbaycanda keçirilməsi ölkənin stabilliyinin, qlobal idman tədbirlərini yüksək səviyyədə qəbul etmə qabiliyyətinin simvolu kimi çıxış edir. Bəs “Formula-1” nədir?  Keçmişə qısa səyahət etsək görərik ki, “Formula 1” yarışlarının yaranma tarixi XX əsrin 20-30-cu illərinə gedib çıxır. Həmin illər təşkil olunan Avropa Qran Pri turnirləri qısa müddətdə böyük marağa səbəb oldu. Lakin İkinci…

ətraflı