İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Prof. Dr. Vüsal Qasımlı “Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği” İctimai Birliyinin (“GS1 Azerbaijan”) idarə heyətinin sədri Vəfa Əliyev, şirkətin icraçı direktoru Səbinə Əliyeva, Əmtəə Nömrələmə Depozitariyası müdiri Gülanə Rəsulovanı qəbul edib.Görüşdə dünya təcrübəsində yerli və idxal olunan məhsullara tətbiq edilən Əmtəənin Qlobal İdentifikasiya Nömrəsinin (GTIN) üstünlükləri, bu sistemin tətbiqi ilə formalaşan böyük məlumat bazalarının imkanları, iqtisadi proseslərin, o cümlədən inflyasiyanın izlənməsində əhəmiyyəti və yerli qanunvericilikdə tətbiqi məsələləri müzakirə olunub.
“GS1 Azerbaijan” nümayəndələri ilə GTIN nömrələrindən istifadə etməklə BIGDATE (böyük məlumat bazası) yaradılması və bu bazadan iqtisadi proseslərin, o cümlədən inflyasiyanın izlənməsində istifadə, “Made in Azerbaijan” brendinin təşviqi və yerli istehsalçılara dəstək üçün xidmətlərin yaradılması, ticarət şəbəkələrinin avtomatlaşdırılmış sistemlərində yerli malların ştrix-kod məlumat bazasından istifadə məsələsi, Azərbaycan bazarında (həm yerli, həm idxal) məhsulların izlənməsi üçün milli kataloqunun yaradılması müzakirə edilib.