Sosial Tədqiqatlar Mərkəzi (STM) dünyanın 25 ölkəsindən olan universitet və beyin mərkəzlərinin iştirak etdiyi beynəlxalq konfransda təşkilatçı və iştirakçı kimi təmsil olunub

20 fevral  2025-ci il tarixində  Sosial Tədqiqatlar Mərkəzi və dünyanın 25 dövlətindən olan universitet, təhsil institutları, beyin mərkəzlərinin təşkilatçılığı ilə   “Zoom” formatında  XI  Beynəlxalq   onlayn  elmi-praktik konfrans keçirilib.

Beynəlxalq konfransın mövzusu “XI Beynəlxalq Elmi-Praktik Konfransın mövzusu “Təhsil sistemində aktual problemlər”ə həsr edilib.

Azərbaycandan Sosial Tədqiqatlar Mərkəzi ilə yanaşı təşkilatçı qurumlar sırasında: Ukrayna Təhsil və Elm NazirliyiMilli Avisiya UniversitetiTəhsilin İnkişafı Təhsil Və Elmi İnstitutuKiyev Milli İqtisadiyyat Universiteti, ABŞ-ın Nyu-York Universiteti Professional Araşdırmalar MəktəbiBöyük Britaniyanın Koventri Universiteti,  Almaniya Federativ Respublikasının Berlindəki   Avropa Dövlət MəktəbiBerlin, İtaliyanın Parma Universiteti,   Estoniyanın Tallinn Texnologiya Universiteti,  Birləşmiş Ərəb Əmirliklərindən Britaniyanın Dubay  Universiteti,  Latviyanın SIA Tax Consulting İnstitutu beyin mərkəzi,  Slovakiyadan Baratislava Universiteti,   Türkiyənin Bingöl Universiteti,  Çexiyanın Bohemiya UniversitetiAzərbaycan Dövlət İqtisad Universiteti,   Pakistan-Lahordan Milli Sənət UniversitetiMilli İncəsənət İnstitutu,  Özbəkistan Milli UniversitetiQazaxıstandan M.Auezov adına  UniversitetiUkrayna Milli Pedaqoji Elmlər Akademiyası və s. yer alıb.

Beynəlxalq tədbirdə konfransın təşkilat komitəsinin üzvü, STM idarə heyətinin üzvü, professor Tahirə Allahyarova açılış nitqi ilə çıxış edib. Məruzəçi çıxışında bildirib ki,  əhatəmizdəki dünyada sosial, mədəni və geosiyasi proseslərdə köklü dəyişikliklərə məruz qalır. Elm və təhsil sistemi də dərin transformasiya proseslərindən keçir. Bir tərəfdən elm, təhsil və bilik inkişafın drayveri-hərəkətverici qüvvəsi elan edilir, digər tərəfdən təhsil naziliklərinin ləğvi, elm və təhsilin idarə olunmasında tamamilə yeni sistemə keçid məsələləri gündəmə gəlib. Bütün bu proseslərin mahiyyətini anlamaq üçün yeni tədqiqatlara və ideyalara böyük ehtiyac, sosial sifariş var.

Konfransa müasir dünyada təhsil sistemində istedadlı uşaq və gənclərin  qlobal  problemləri, rəqəmsal sivilizasiya, süni intellekt texnologiyaları kimi çağırışlar fonunda yeni təhsil modellərinin axtarışları ilə bağlı yüzə yaxın  məruzə təqdim edilib.