Sosial-iqtisadi təhlil departamentinin 2024-cü il üzrə fəaliyyəti ilə bağlı hesabatının xülasəsi

Hesabat ili üzrə Sosial-iqtisadi təhlil departamenti öz işini Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər və Birləşmiş Millətlər Təşkilatının “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”dən irəli gələn öhdəliklər ilə yanaşı Mərkəzin nizamnəməsindən irəli gələn prioritetlər doğrultusunda quraraq, mandatı çərçivəsində ölkədəki rifah və iqtisadi sahədə həyata keçirilən islahatların səmərəliliyi ilə bağlı sosioloji sorğular əsasında ictimai fikri, sosial trendləri və cəmiyyətin gözləntilərini müəyyən edərək aidiyyəti dövlət orqanlarını və siyasət qərarvericilərini alternativ data ilə təmin etmişdir. Məhz bu çərçivədə Mərkəzin Nizamnaməsinin 3.1.5. islahatların səmərəliliyini artırmaq məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birgə sorğular və tədqiqatlar əsasında təhlillər aparmaq, islahatların mümkün nəticələrini proqnozlaşdırmaq bəndinə müvafiq olaraq müxtəlif təyinatlı 7 analitik hesabat (2-si həmmüəllifli), 3 icmal sənədi, 27 qapalı arayış sənədi,  1 müqayisəli təhlil sənədi, 6 təhlil sənədi və 5 siyasət təklifi sənədi hazırlamışdır.

 

Digər tərəfdən departamentin əməkdaşları Mərkəzin mandatından irəli gələn dövlətin sosial-iqtisadi siyasətinin ayrı-ayrı istiqamətləri üzrə mütəmadi şərh, cəmiyyətə əlçatanlığını təmin etmək, dövlətin müxtəlif sahələrdə gördüyü işlərin əhaliyə çatdırılmasını təşkil və həyata keçirmək vəzifələri doğrultusunda 4 yerli və beynəlxalq konfransda 2 məruzə ilə çıxış, 3 birgə əməkdaşlıq müzakirəsi, 33 TV-proqram və 1 TV debat, 1 yerli və 1 beynəxlaq təlimdə, 4 vebinar və 6 ictimai müzakirə də iştirak etmişdir.

 

Departamentin 2024-cü il üzrə fəaliyyətinin nəticələrini ümumiləşdirərək qeyd edə bilərik ki, hesabat ilində Sosial-iqtisadi təhlil departamentinin əməkdaşları ümumilikdə 132-nin üzərində analitik təhlil resursu hazırlamışdır ki, onları da aşağıdakı kimi qruplaşdıra bilərik:

 7 populyar və 3 tədqiqat əsaslı məqalə;

((    7 analitik hesabat (onlardan 3-ü çap edilmiş, digərləri isə çapa hazırlıq; fazasındadır) və 3 hesabat icmalı;

(( 27 açıq və qapalı arayış sənədi;

(( 1 müqayisəli təhlil sənədi;

(( 1 tədqiqat layihəsinə rəy;

(( 2 birgə əməkdaşlıq memorandumu üzrə işçi danışıqlar (hal-hazırda son fazadadır) və 1 birgə əməkdaşlıq razılaşması;

(( 4 spesifik təhlil sənədi;

(( 16 ümumiləşdirilmiş siyasət təklifi sənədi;

(( 4 yerli və beynəlxalq konfransda iştirak (onlardan 2-si məruzə təyinatlı olub);

(( 33 TV-media proqramında ekspert qismində iştirak;

(( 1 TV debatda iştirak;

(( 1 beynəlxalq təlimdə iştirak;

(( 4 vebinar və 6 ictimai müzakirədə iştirak;

(( 2 Mərkəzdaxili tədbirin təşkili və s.

Cari ildə departament  həm də Mərkəzin Nizamnaməsinin 2.2.3. sosialyönümlü innovativ həll üsulları, müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə, habelə internet informasiya resurslarında, sosial şəbəkələrdə aparılan çoxşaxəli fəaliyyətlə cəmiyyət-dövlət təmaslarını gücləndirmək və inkişaf etdirməklə bağlı öhdəliyin icrası istiqamətində www.barometr.az sorğu platformasını da test istifadəsinə təqdim etmişdir.