Oktyabrın 17-də “Azərbaycan-İtaliya-Aİ: ikitərəfli əməkdaşlıq və enerji təhlükəsizliyi” mövzusunda videokonfrans keçirilib.
Online diaoloqun əsas məqsədi hazıda dünyanın dəyişən energetika və kommunikasiya konfiqurasiyasında Azərbaycanın yerini və rolunu göstərmək olub.
Videokonfransda italiyalı, ruminiyalı, gürcüstanlı, bolqarıstanlı, macarıstanlı ekspertlər Avropa – Asiya orta xəttində hal – hazırda mövcud olan və gələcəkdə reallaşması nəzərdə tutulan layihələrdən danışıblar.
Konfransda azərbaycanlı ekspertlər yaşıl enerji və ənənəvi enerji, kommunikasiya – nəqliyyat, investisiyalar kimi mövzular üzrə təqdimatlar ilə çıxışlar etmişlər. Xarici müttəxəssislər Azərbaycanın onlar üçün etibarlı tərəfdaş olduğunu, COP- 29 un ölkəmizdə keçirilməsinin rəsmi Bakının beynəlxalq arenada nüfuzunun göstəricisi olduğunu qeyd etmişlər.
Xatırladaq ki, konfrans Bakı Politoloqlar Klubunun təşkilatçılığı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə baş tutub. Konfransın ilk və əsas hissəsi bu ilin may ayında Roma Senatında baş tutub.