Fırtına öncəsi sakitlik…

ABŞ-ın yeni seçilmiş prezidenti Trampın əsas vəzifələrə təyinatları ilə bağlı xəbərlər bu günlərdə əsas müzakirə mövzusuna çevrilib. Bu başa düşüləndir, bütün dünyada rəsmilər kiminlə çalışacaqları ilə maraqlanırlar. Münaqişə bölgələrində nisbi sakitlik hökm sürür, ölkələr öz mövqelərini formalaşdıraraq “yeni dövrə” hazırlaşır, hər kəs öz addımlarını hesablamağa çalışır. 2025-ci ilin yanvarında Trampın andiçmə mərasimi ilə ABŞ-da hakimiyyətin…

ətraflı

Paşinyanın növbəti sınağı

Trampın ABŞ-da hakimiyyətə gəlməsi qlobal proseslərə multiplikativ təsir göstərəcək və bu, təbii ki, regionumuzda da öz əksini tapacaq. Trampın ABŞ-Avropa münasibətləri və Ukraynadakı müharibəyə dair mövqeyilə yanaşı, onun Yaxın Şərq böhranı və İsrail-İran münaqişəsinə yanaşması da geniş müzakirə olunur. ABŞ ənənəvi olaraq İsraili silah təchizatı ilə dəstəkləyib. Yəməndə İranın proksilərinin dəniz ticarəti yollarında hərəkət edən…

ətraflı

Parlament seçkiləri Gürcüstanın xarici siyasətinə necə təsir edəcək?

Regiondakı geosiyasi vəziyyətə mühüm təsir göstərən hadisələrdən biri – Gürcüstandakı parlament seçkiləri artıq arxada qaldı. Seçkilərin yekunlarına əsasən, “Gürcü Arzusu” 89, “Dəyişikliklər naminə Koalisiya” 19, “Vahid Milli Hərəkat” 16, “Güclü Gürcüstan” 14, “Qaxariya Gürcüstan naminə” partiyası isə 12 mandatla qanunverici orqanda təmsil olunmaq hüququ qazandı. Beləliklə də, hakim partiya konstitusion çoxluğa (113 mandat) nail ola…

ətraflı

Regional “3+3” formatında vəziyyət necədir?

Oktyabrın 18-də Türkiyədə xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü keçirildi. Format hələ də yarımçıqdır. Gürcüstan növbəti dəfə görüşdə iştirakdan imtina etdi ki, bu da başa düşüləndir. Ermənistan da bu görüşlərdə öz iradəsi ilə iştirak etmir. Bir tərəfdən İrəvan İranın təklifindən imtina edə bilmir, digər tərəfdənsə Türkiyəyə səfər Paşinyan hökumətinin Azərbaycanla normallaşma olmadan Türkiyə ilə…

ətraflı

Mühüm hadisələr astanasında…

Biz hamımız istər regionumuzda, istərsə də onun ətrafında yaxın iki-üç il üçün tendensiyaları müəyyən edəcək mühüm hadisələr ərəfəsindəyik. Azərbaycan bu hadisələrə, proseslərə heç bir şəkildə təsir edə bilməz. Lakin vəziyyət müəyyənləşdikdən sonra yeni şərtlərə uyğun olaraq öz mövqeyini formalaşdıra bilər. Gəlin təsir dərəcəsini, riskləri və imkanları nəzərə alaraq həmin hadisə və prosesləri nəzərdən keçirək: –…

ətraflı

Gürcüstanda “geosiyasi seçkilər”in regiona təsiri

Gürcüstanda qarşıdan gələn parlament seçkiləri artıq “geosiyasi seçkilər” kimi xarakterizə olunur. Belə ki, xarici siyasət vektoru seçkiqabağı diskursda başlıca müzakirə mövzusuna çevrilib və hazırda cəmiyyətdə mövcud qütbləşmənin əsasını təşkil edir. Yaranmış vəziyyətə görə məsuliyyət əlbəttə ki, ilk növbədə istər keçmiş, istərsə də indiki ölkə hakimiyyətinin üzərinə düşür. Çünki Gürcüstanda ənənəvi olaraq xarici qüvvələrin daxili işlərə…

ətraflı

ABŞ Cənubi Qafqaz üçün nə təklif edir?!

ABŞ dövlət katibinin müavini Ceyms O`Brayen Rusiya və İranın yaratdığı təhlükəsizlik arxitekturasının Cənubi Qafqaz ölkələri üçün arzuolunmaz olduğunu bildirib. “Regional (Cənubi Qafqaz) təhlükəsizliyin əsas oyunçuları kimi Rusiya və İran oxu ətrafında qurulmuş gələcək qeyri-sabit və arzuolunmazdır, o cümlədən Ermənistan və Azərbaycan hökumətləri üçün”, – O’Brayen deyib. Yaxşı fikirdir, amma… Ermənistan və Azərbaycan üçün nəyin arzuolunmaz,…

ətraflı

Ukraynada atəşkəsin işartıları: Güzəştsiz mövqe kompromislə əvəz olunur

Ukraynada davam edən aktiv hərbi əməliyyatlar fonunda münaqişənin perspektivləri qeyri-müəyyən olaraq qalmaqdadır. Son iki ayda rəsmi Kiyev istər hərbi, istərsə də siyasi-diplomatik müstəvidə uğur qazana və müharibənin gedişində dönüş yarada bilmədi. Bu səbəbdən də artıq Ukrayna rəhbərliyinin mövqeyində müəyyən yumşalma və kompromis axtarışları hiss olunur. Döyüş meydanında “heç-heçə” Avqustun əvvəllərində Ukrayna ordusunun Rusiya sərhədini keçərək…

ətraflı

BRICS Cənubi Qafqaz regionunda nəqliyyat dəhlizlərinə necə təsir göstərə bilər?

Azərbaycan BRICS-ə üzv olmaq üçün müraciət etdikdən sonra bu qlobal formata diqqət artıb. Bu ənənəvi qarşılıqlı əlaqə formatı deyil. Burada, məsələn, daimi katiblik yoxdur. Müzakirələr qarşılıqlı maraq doğuran ayrı-ayrı mövzular üzrə aparılır. Əgər təşkilatın bütün iştirakçıları arasında konsensus yoxdursa, bu, daxili böhrana çevrilmir, sadəcə olaraq müəyyən mövzular və layihələr üzrə ölkələrarası qruplaşmalar yaranır. Azərbaycanın maraq…

ətraflı

Qlobal təhlükəsizlik və idarəetmə sisteminin böhranı dövründə Azərbaycanın yeri

Müasir qlobal təhlükəsizlik və idarəetmə sistemi İkinci Dünya müharibəsindən sonra formalaşıb. Bu sistemin əsasında Birləşmiş Millətlər Təşkilatı (BMT), xüsusilə də onun Təhlükəsizlik Şurası (TŞ) dayanıb. Beş daimi üzvün (ABŞ, SSRİ/Rusiya, Çin, Britaniya, Fransa) həlledici rol oynadığı Şura bir növ qlobal təhlükəsizlik çətiri rolunu oynayıb. Belə ki, beynəlxalq sülhün və təhlükəsizliyin qorunması məhz ona həvalə edilib….

ətraflı