
Türk dövlətləri arasında ortaq təhsil layihələri – Gələcək perspektivlər
Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin möhkəmləndirilməsi və genişləndirilməsində mühüm rol oynayan sahələr içərisində təhsil və mədəniyyət faktoru ön sırada qərarlaşıb. Bu iki sahə türk dövlətləri arasındakı tarixi kökləri, milli-mənəvi bağları, genetik körpüləri daha da gücləndirən meyar rolunu uğurla yerinə yetirməkdədirlər. Təhsil amilinin türk dövlətlərinin əsas birləşdirici qüvvələrdən biri kimi fəaliyyət göstərməsinin…